Yuxarı

Azərbaycanlı milyonerin şirkəti Putinə qarşı çıxdı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Akif Sayadovun beynəlxalq terrorizm və başqa şeylərlə əlaqəsinə inanmırıq".

Bu sözləri Axar.az-a Rusiyanın Komi Respublikasında həbs olunmuş azərbaycanlı deputat Akif Sayadovun baş direktoru olduğu "Uxtaneftqazgeologiya"nın Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda şirkətin Akif Sayadovun təqsirsiz olduğuna inam ifadə edilib:

"Biz hələ də Akif Sayadovun niyə həbs olunduğunu bilmirik. Deyilənə görə o, beynəlxalq terrorizmə dəstək verirmiş. Amma bizim kompaniyada buna heç kim inanmır. Çünki Akif Sayadov çətin ki, elə adam olar. Biz ümid edirik ki, istintaq doğru qərar çıxaracaq və Akif Sayadov yaxın zamanlarda azadlığa buraxılacaq. Hələlik şirkətimizin onunla heç bir görüşü olmayıb. Biz lazım gəlsə, onun müdafiəsini təşkil edəcəyik. Üstəlik, Akif Sayadov hələ də "Uxtaneftqazgeologiya"nın baş direktorudur. Onu əvəzləmək niyyətimiz isə yoxdur. Onun vəzifəsini müvəqqəti olaraq müavini Roman İqor Yevgenieviç yerinə yetirəcək. Akif Sayadovun Putin əleyhinə çıxışına gəlincə isə, bizdə belə bir məlumat yoxdur. O, heç vaxt belə addım atmayıb. Yenə də təkrarlayırıq ki, Akif Sayadovun beynəlxalq terrorizm və başqa şeylərlə əlaqəsinə inanmırıq".

Qeyd edək ki, Akif Sayadov dünən həbs olunub. Onun həbs olunmasına əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Həmçinin Sayadovun işinin bir müddət Moskvada həbs olunmuş 6 vəhhabi azərbaycanlının işi ilə birgə araşdırıldığı deyilib.

Dünən saytımıza daxil olan məlumatda isə Akif Sayadovun Rəsul Quliyevin yaxın qohumu olduğu söylənilib. Onun terrorizmlə bağlılığına görə yox, məhz Putin əleyhinə çıxış etdiyi üçün həbs edildiyi vurğulanıb. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Tarix
2014.10.31 / 08:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla