Yuxarı

Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan əlil və şəhid ailələri 2014-2018-cü illərdə mənzillə tam təmin ediləcəklər. Yaxın vaxtlarda isə bir sıra rayonlarda, həmçinin Şamaxı rayonunda yeni çoxmənzilli yaşayış binası bu təbəqələrdən olan insanlara təqdim olunacaq.

Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də İsmayıllı rayonunda vətəndaşları qəbul edərkən bildirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, qəbul zamanı İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından olan ümumilikdə 50-yə yaxın vətəndaşın müraciəti dinlənilib. Müraciətlərdə əlil və şəhid ailələrinin mənzillə təminatı, habelə minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, eləcə də onların peşə reabilitasiyası, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, əlilliyin müəyyən olunması və digər məsələlər əksini tapıb. S.Müslümov vətəndaşların toxunduqları məsələlərin nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq aidiyyatı üzrə tədbirlər görülməsi, həmçinin müraciətlərinə əsasən bir qisim vətəndaşların əlillik müayinəsinə cəlb edilməsi barədə tapşırıq verib:

"2014-cü ilin ötən dövründə cənab Prezidentin əlilliyi olan şəxslərin sosial müdafiəsində xüsusi önəm kəsb edən iki mühüm Sərəncamının uğurlu icrası olaraq, cari ilin əvvəlinədək növbədə olan bütün əlilliyi olan şəxslər, yəni 1453 nəfər avtomobillə tam təmin ediliblər. Hazırda da əlilliyi olan şəxslər onlara müvafiq Tibbi-Sosial Ekspert Komissiyasından xüsusi nəqliyyat vasitəsinə tibbi göstəriş verildiyi təqdirdə avtomobillə təmin olunmaq üçün heç bir problem olmadan növbəyə yazıla bilərlər".

Qəbul zamanı müxtəlif reabilitasiya avadanlıqları ilə təminat, eləcə də sosial müdafiəyə xüsusi ehtiyac duyan kateqoriyalara aid ayrı-ayrı şəxslərin müraciətləri əsasında onların məşğulluqlarının təminatı məsələləri elə yerindəcə həll olunub. Sosial cəhətdən həssas vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təminatına daha diqqətlə və məsuliyyətlə yanaşılması barədə göstəriş verən nazir həmçinin bir sıra əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi ilə bağlı müraciətlərinə baxılmasını tapşırıb: "Təkcə bu ilin 9 ayı ərzində Nazirliyin müvafiq Komissiyasının qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər əlilliyi olan şəxsin sosial-məişət problemlərinin həllinə köməklik üçün onlara birdəfəlik maddi yardımlar verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 nəfər, birdəfəlik maddi yardımlar üzrə ödənilən vəsaitin məbləği isə 4,87 dəfə çoxdur".

Qəbul zamanı ayrı-ayrı vətəndaşların qaldırdıqları məsələlərlə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən onlara hüquqi izahatlar verilib. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin edilib.

Tarix
2014.10.31 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla