Yuxarı

Şirvanşah İbrahim İçərişəhər metrosundan danışıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə 5-ci sinif "Ata Yurdu" dərsliyindən maraqlı bir foto paylaşılıb.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdirdiyi kitabda qeyd edilir ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, "Badu-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun "İçərişəhər" stansiyası Şirvanşahlar sarayının yanındadır".

Qeyd edək ki, bir neçə gün öncə yayılan bu materialla bağlı Təhsil Nazirliyi Axar.az-a açıqlama verib. Açıqlamada bildirilir ki, bu mətn yanlış deyil, əksinə, mətnlə əlaqəsi olmayan cümlə verilməklə şagirdlərin mövzunu qavrama qabiliyyəti inkişaf etdirilir:

"Rus dilində olan ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin 28-ci səhifəsində "Şirvanşahlar sarayı" haqqında mətn və mətnin içərisində "Metronun İçərişəhər stansiyası Şirvanşahlar sarayının yaxınlığındadır" cümləsi vardır. Səhifə 29-da isə mətnə aid tapşırıqlar yer alıb. 3 nömrəli tapşırıın şərti belədir: "Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi yoxdur. Həmin cümləni tapın və oxuyun.

Rus bölməsi üçün nəzərdə tutulan dərslikdə belə tapşırıqların verilməsi şagirdlərin mətni yalnız mexaniki olaraq oxumalarına deyil, həm də oradakı cümlələrin mahiyyətini və mənasını başa düşməsinə, şüurlu oxumasına kömək edir".

Tarix
2014.10.31 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla