Yuxarı

“Unibank” və Britaniya səfirliyindən birgə sərgi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unibank" təhsillə bağlı daha bir layihədə iştirak edir. 1-2 noyabr tarixlərində British Council Azərbaycanın təşkilatçılığı ilə Bakıda keçirilən növbəti "Education UK" sərgisinin əsas dəstəkçisi "Unibank"dır.

Hilton otelində təşkil edilən ‘Education UK – Birləşmiş Krallıqda Təhsil’ sərgisində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu iştirak edəcək ki, onlardan da 24 universitet "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda yer alıb. Sərgiyə qatılan 24 ali məktəbə qəbul olunacaqları təqdirdə Azərbaycan gəncləri bu universitetlərdə dövlət təqaüdü ilə təhsil almaq imkanı qazanacaqlar.

31 oktyabradək onlayn qeydiyyatdan keçə bilməyən şəxslər sərginin hər iki günü saat 11.00-dan 17.00-dək sərgi ərazisində qeydiyyatdan keçib sərgini ziyarət edə bilərlər. Tədbirin rəsmi açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İrfan Siddiq və British Council Azərbaycanın direktoru xanım Elizabet Vayt da iştirak edəcək.

Tarix
2014.10.31 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla