Yuxarı

Xorvat hücumçu “Qarabağ”a nələr dedi? - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dnepr"in hücumçusu Nikola Kaliniç "Qarabağ" məğlubiyyətindən danışıb.

Axar.az xəbər verir ki, hücumçu "Qarabağ"ın qrupdakı digər rəqiblərindən zəif olmadığını deyib. Onun sözlərinə görə, bu komanda çox düzgün taktika ilə oynayır və heyətində olan bir çox futbolçu milli komandada çıxış edir.

Kaliniç "Qarabağ" - "Sent Etyen" görüşünü izlədiyini açıqlayıb:

"Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, "Qarabağ" adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. "Qarabağ" qol vurduqdan sonra müdafiəyə çəkildi və boş zonaları bağladı. Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir".

Xorvat futbolçu ev oyunlarının Dnepropetrovskidə yox, Kiyevdə keçirilməsinə qarşı çıxıb: "Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. "Qarabağ"la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə "Qarabağ" tərəfdarı idi. Dnepropetrovskidə daha güclü azarkeş dəstəyi görürdük".

Tarix
2014.10.31 / 17:56
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla