Yuxarı

Dağlıq Qarabağla bağlı rəsmi müraciət edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı "VISA Inc." və "MasterCard Worldwide" beynəlxalq kart təşkilatlarına rəsmi müraciət edib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Məlumatda bildirilir ki, AMB beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb.

"Cari ilin əvvəlində "MasterCard Worldwide" təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistan Respublikasının daxilində göstərilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb. Təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranıb və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankının diqqət mərkəzindədir. Belə ki, son illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra pul köçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb"-deyə, məlumatda vurğulanır.

Tarix
2014.10.31 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla