Yuxarı

Uşaqlara verilən təhlükəli həblər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə Səhiyyə Nazirliyi orta məktəbləri təcrübə meydanına çevirib. Uşaqlara heç bir tibbi müayindən keçmədən məcburi qaydada peyvənd vurulması barədə çox yazılıb. Ölümlə nəticələnən halların olmasına baxmayaraq, bu prosesdə heç bir yenilik edilmədi.

Ötən il icbari dispanserizasiya adı altında kampaniya xarakterli yoxlamalarda həkimlərin uşaqları başlarından eləməsini hamımız gördük. Həmin kampaniyanın nəticələri, aşkarlanan xəstəliklərin statistikası barədə məlumatlar çox xəsisliklə mediaya verilirdi. Açıqlanan informasiya isə ümumi rəqəmlərdən o yana getmədi.

Bu il isə məktəblərdə qurd xəstəliklərinə qarşı "mübarizəyə" start veriblər. Bu dəfə uşaqlara həb formasında dərman verəcəklərini elan ediblər. Səhiyyə rəsmilərinin dediyinə görə, bu tədbir ötən il aparılan dispanserizasiyanın davamıdır. Yəni, həmin yoxlamalar zamanı məktəblilərin çoxunda qurd invaziyalarının olduğu aşkarlanıb. Həkimlər də onu müalicə etmək üçün məhz məktəblərdə dərman paylamağa qərar veriblər. Bəs bu xəbər niyə indi açıqlanır?

İlk baxışda qayğıkeşlik və uşaqların sağlamlığına diqqət nümunəsi kimi görünən bu proses, əslində, dərman alverindən başqa bir şey deyil. Mən bunu qurdlarla illərdir mücadilə edən valideyn kimi deyirəm. Təcrübə göstərdi ki, ən müasir metodlar və ən son preparatlar belə, insan bədənindəki qurd yumurtalarının kökünü kəsməyə qadir deyil. Həm də bu xəstəlik yoluxucu olduğundan eyni zamanda ailə üzvlərinin hamısı müalicə almalıdır. Əks halda, uşaqların qorunması mümkün olmur.

Bu problemi həkimlər, elmi araşdırmaçılar daha yaxşı bilirlər. Belə bir şəraitdə səhiyyə sisteminə rəhbərlik edən məsul şəxslər cəmi bir həblə nəyəsə nail olacaqlarına özləri inanırlarmı? Şəxsən mən inanmıram. Ona görə də bu kampaniyadan imtina etdim. Və tanıyıb bildiyim analara da bunu tövsiyə etdim.

Digər tərəfdən, üzərində heç bir yazısı, istifadə qaydası, əks təsirləri barədə məlumat olmayan bir həbi uşağa vermək onun həyatı ilə oynamaq deməkdir. Məsuliyyətdən yayınmaq istəyən məktəb rəhbərləri isə uşaqlara tapşırırlar ki, dərmanları şənbə-bazar günləri evdə olanda içsinlər. Görəsən həmin müəllimlər bunu öz balalarına rəva görərlərmi?

Ciddi yoxlama aparılmaması bir yana, mənşəyi məlum olmayan dərmanın məktəbli körpələrə bu formada paylanılması sadəcə məsuliyyətsizlikdi. Uşaqların taleyinə bu qədər biganə münasibət onsuz da reytinqi aşağı olan səhiyyəmizə daha bir zərbə vurur.

Tarix
2014.11.05 / 10:23
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Dekanın ölümü, hakim ədaləti və ... - İlk cəza

Ərdoğandan Azərbaycana gözlənilməz jest - Foto

İpotekada sevindirici dəyişiklik gözlənilir

Azərbaycan tələbələri üçün iş yarmarkası

Ali məktəblərə ərizə qəbulu başladı

Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması

"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"

Fiziki qüsurlu uşaqlara müjdə

Gənc qızı bədbəxt edən “həkim” yoxa çıxıb

“British Airways”dən azərbaycanlı sərnişinlər üçün aksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla