Yuxarı

Tibbin qorxulu müalicə üsulları - Fotolar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yüz il ərzində tətbiq olunan müalicə üsulları tibbin inkişaf etdiyi müasir dövrlə müqayisədə çox ağrıdıcı olub. Xəstəliklər haqqında tibbə məlum olan bilgilərin azlığı, müalicələrin primitiv şəkildə aparılması da buna zəmin yaradan amillərdən idi. Primitiv olmasına baxmayaraq, tibb tarixində "işıq" rolu oynayan cərrahiyə və müalicə alətləri hazırda muzeylərdə sərgilənir.

Axar.az olaraq ötən əsrdə istifadə olunan tibbi avadanlıqlar və müalicə metodları haqqında məlumatları oxucularımıza çatdırırıq.

1. Raxitlik əsasən D vitamininin çatışmazlığı ilə əlaqəli, sümüklərdə zəifliyə səbəb olan bir xəstəlikdir və müasir dövrdə D vitamininin qəbul ilə müalicə edilməkdədir. Lakin keçmişdə isə bu xəstəlik müxtəlif ölçülü dəmirlərin bədənə yapışdırılması ilə müalicə edilib. Bu proses təcrübə olaraq ilk dəfə yetim qalan uşaqların üzərində aparılıb.

2. Leonid Roqozov əynindəki paltarda olan söküyü tikə bilməyən dərzilərə cavab xüsusiyyəti daşıyan bir addımı ilə tarixə düşən həkimdir. O, nə qədər qəribə görünsə də, 1961-ci il aprelin 30-da özü öz appendisit əməliyyatını həyata keçirib.

Qeyd edək ki, Roqozovun həmin vaxt 27 yaşı olub.

3. Karset: Daha çox ötən illərdə qadınların incə bir bədən görüntüsünə sahib olmaq üçün istifadə etdikləri karsetin böyük zərərləri olub. Qabırğılara ciddi şəkildə sıxlıq yaradan karset bir çox qadının ölümünə də səbəb olub.

4. Vəba: 1800-ci illərdə qorxunc görünüşə sahib vəba həkimləri bu xəstəliyin xəstədən gələn iyi buruna çəkməklə yayıldığı qənaətinə gəlmişdi. Məhz bu səbəbdən onlar özlərini qorumaq üçün gül ləçəkləri ilə yığılmış maskadan istifadə edirdilər. Ən dəhşətlisi isə budur ki, onlar vəba xəstəliyinə tutulan adamlara qırmanc vuraraq müalicə etməyi ən düzgün üsul olaraq icra edib. Həmin illərdə bu xəstəlik Allahın cəzası olaraq qiymətləndirilib.

5. Baş ağrısına əlac tapmaq istəyən həkimlər cərrah mişarı deyilən alətlə xəstənin başına dəlik açma üsulundan istifadə edib.

Bu və ya buna oxşar cərrahiyyə əməliyyatlarında istifadə olunan alətlərin fotoşəkillərini təqdim edirik.

Tarix
2014.11.06 / 00:09
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla