Yuxarı

Məktəblərdə təhlükəli epidemiya, yoxsa qurd xəstəliyi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı məktəblərində təhlükəli epidemiya ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, yayılan məlumatlarda epidemiya ilə əlaqədar bir çox məktəblərdə davamiyyətin olduqca aşağı düşdüyü bildirilib. Məlumata görə, son günlər xəstəxanalara müraciət edən məktəblilərin sayının artması da təhsil ocaqlarında hələlik bəlli olmayan virusun yayılmasını göstərir.

Həmçinin, bir neçə gündür məktəblərdə ibtidai sinif şagirdlərinə qurd dərmanlarının paylanması da epidemiyanın yayılması xəbərini haradasa təsdiqləyir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli Axar.az-a açıqlamasında məktəblərdə hər hansı epidemiyanın yayılmadığını bildirdi.

Nazirlik sözçüsü qedy etdi ki, məktəblərdə paylanan qurd xəstəliyi əleyhinə həblərin isə epidemiya və ya virusla heç bir əlaqəsi yoxdur:

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bütün məktəblərə qurd xəstəliyi üçün nəzərdə tutulmuş dərmanlar paylanılır. Mütəmadi olaraq belə addımlar atılır. Paylanılan həblər heç bir əks təsiri və ziyanı olmayan dərmanlardır. Qurd xəstəliyi üçün nəzərdə tutulan həblər həkimlərin nəzarəti altında paylanılır. Bütün məktəblərdə həkim briqadaları işləyir və onların nəzarəti olmadan heç bir şagirdə hər hansı həb verilə bilməz. Bundan narahat olan valideynlər də var. Ancaq nazirliyin nəzarəti altında həyata keçirilən prosesdir. Narahatlığa heç bir əsas yoxdur".

Tibb elmləri doktoru Adil Qeybulla isə qeyd edir ki, profilaktik məqsədlər üçün məktəblərdə müxtəlif həblərin paylanması normaldır. Çünki hər məktəbdə, sinifdə bir neçə şagirddə qurd xəstəliyi ola bilər:

"Nəzərə almaq lazımdır ki, uşaqlar gigiyenanı nəzərə almırlar. Eyni dəftər-kitabdan istifadə edirlər, bir-biri ilə oynayır, eyni partada əyləşirlər. Nə qədər də olmasa, bir otaqda şagirdlərin bir-biri ilə təmas imkanları çoxdur. Belə olduğu halda şagirdin birində olan qurd xəstəliyi və ya başqa epidemiya digərinə keçə bilər. Bunun qarşısını almaq üçün də profilaktik tədbirlərin görülməsi müsbət haldır. Uşaqlara verilən qurd dərmanları preventiv məqsəd daşıyır".

A.Qeybulla hesab edir ki, bu tip dərmanların bütün şagirdlərə öz pediatorlarının nəzarəti olmadan vermək düzgün deyil:

"İstənilən halda belə dərmanın verilməsi əvvəlcədən yoxlanmalıdır. Bəzi uşaqlara hər hansısa dərmanın allergik, nevroloji təsiri ola bilər. Bu səbəbdən müayinəsiz verilməsi düzgün deyil. Ümumiyyətlə, belə hallarda ehtiyatlı olmaq lazımdır. Hər bir uşağa onun öz pediatrının məsləhəti və nəzarəti ilə dərman verilə bilər".

Tarix
2014.11.06 / 08:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla