Yuxarı

Bu film onun ölümünə səbəb olacaqdı - Foto/Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsrin o üzü" layihəsində:

...68-ci illər. O illər arxada qaldı. İllər arxada qalsa da, milli kino incilərimizdən söhbət düşəndə unudulmaz aktyorlar yada düşür. Belə aktyorlardan biri də Ənvər Həsənovdur.

Kinosevərlərin qəlbinə Murad obrazı ilə yatan aktyor hər gün olduğu kimi, bu gün də həmin pilləkənləri çıxırdı. İş otağına tələsirdi. Aktyorun iş otağının divarlarında müxtəlif portretlər və şəkillər asılmışdı. Elə bu şəkillərin köməyi ilə sənətkarın kino həyatı ilə yanaşı, onun gizli dünyasına səyahət etmək mümkün oldu. Hətta kino dünyasına gəlmək üçün çəkdirdiyi ilk fotonu əlinə alanda bir şeyi yaxşı hiss etdim: o, bağlı qalan xatirələrdən həzin-həzin, amma sevinclə danışmaq istəyirdi.

O səkkiz nəfərdən kinoda bircə mən qalmışam

- Necə oldu ki, aktyorluq sənətini seçdiniz?

- Hələ uşaqlıqdan kinoya marağım vardı. Gözəl insan Adil İsgəndərov Kinostudiyanın tərkibində kinoaktyor studiyası açmışdı. Mən də sənədlərimi təqdim etdim və qəbul olundum. Kursumuzda əlli iki tələbə vardı, bitirəndə səkkizi qalmışdı. Bu gün də o səkkiz nəfərdən kinoda bircə mən qalmışam. Çəkiliş zamanı Arif müəllim deyirdi ki, səni filmə çəkəcəm, amma çəkmirdi. Bir gün dedilər ki, hazırlaş, Arif müəllim səni filmə dəvət edir. Dedi, sənə deyirdimmi hazırlaş. Hazırlaşmısan? Səni kinoya çəkirəm. Dedim, hazır deyiləm. "Narahat olma, - dedi, rolda özünü oynayacaqsan". Mən iyirmi beşinci insan idim ki, Murad obrazına dəvət aldım. Fotolar, sınaq və sonda məni qəbul etdilər.

Az qala o filmdə öləcəkdim

- Murad obrazı karyeranızda dönüş nöqtəsi olub. Gərgin səhnələri necə xatırlayırsınız?

- Murad obrazının karyeramda böyük rolu olub. Əslində, "Yeddi oğul istərəm" filmindəki Cəlal obrazı da kino həyatımda xüsusi izlər buraxdı. Ən çətin səhnə Cəlalın ölüm səhnəsi idi. Fiziki və mənəvi cəhətdən ağır olan səhnə az qala ölümümə səbəb olacaqdı. Bu səhnələri heç zaman unutmayacağam.

- Sizə hər filmdən bir çapıq yadigar qalıb. Səbəb? O illərdə nə baş verirdi?

- Hə, hər filmdən bir çapıq. Bu dediyiniz çapıq mənə "Uşaqlığın son gecəsi" filmindən yadigar qalıb. Bir gün dostlarım dalaşmağa başladı. Gördüm, cibindən beşbarmaq çıxartdı. Çatdım. Tutdum. Əli dəyib, çənəmi partlatdı. Səhər gəlmişəm çəkilişə. Arif müəllim gördü ki, çənəm belə olub. Dedi, axı niyə bu Ənvəri tək qoymusunuz, deməmişəmmi, onun da yanında adam olsun? O axı içərişəhərlidir. (Gülür, sevinclə danışır.) "Qaçaq Nəbi" ilə də bağlı bir hadisə yaddımda qalıb. Onun çəkilişlərində on dəqiqə huşumu itirmişdim.

Jerar Depardye ilə bir filmdə

- Deyirlər, yeni filmlərdə rol almağa başlamısız? Doğru xəbərdir?

- Birincisi, yaş özünü göstərir. Mən istəmirəm tamaşaçıların qarşısına belə çıxım. İstəyirəm tamaşaçılar məni əvvəlki filmlərdə gördükləri kimi görsünlər. Daha gənc rollara çəkilmirəm. Tamaşaçıların qarşısına yaşıma uyqun bir obrazla çıxmağı planlaşdırıram. Ötən illərdə tanınmış fransız yazıçısı Aleksandr Dümanın Qafqaza səyahəti haqqında çəkilən sənədli filmdə baş rolu Jerar Depardye oynasa da, o filmdə mən də rol almışam. Demək olar ki, son illər dörd yeni filmdə rol almışam. Balaca obrazlardı, amma yadda qalan rollardı.

Aktyorluqla yanaşı rejissorluq fəaliyyətimi də davam etdirirəm. Pul ayrılıb Azərbaycan filmlərinə. Yeni filmlər çəkiləcək. Bir filmə də mən rejissorluq edəcəm. Bir televiziya filminə çəkilmək üçün də təklif almışam. Nadir Mobilovun filmidir. Kriminal, klanlar mövzusunda olacaq. Bir tərəfdən xoşbəxtəm. Qırx doqquz ildir ki, "Azərbyacanfilm"də çalışıram. Bu qırx doqquz ildə təxminən əlli yeddi, əlli səkkiz filmə çəkilmişəm.

Sevinirəm...

- Ömür-gün yoldaşınız Mömünət xanımla da "Dərviş Parisi partladır" filmində tanış olmusunuz. Birlikdə rol aldığınız filmlər haqında nə deyə bilərsiniz?

- "Son döyüş" filmində Ənvər rolunu oynayırdım - vəkil rolunda. Bu filmdə özüm dedim, birlikdə oynayaq. Sevinirəm ki, bu gün Mömünət xanımın 3 filmi var.

Yaxşı bıçaqlarım var

- Hər insanın öz maraq dairəsi olduğu kimi, Ənvər Həsənovun da hobbisi olmamış olmaz…

- Haqlısız. Marka yığmışam, maşın yığmışam. İndi qədim lampalar yığıram. XIX əsrdən bəriki dövrü əhatə edən otuza yaxın qədim lampam var. Onu da deyim ki, bıçaq da yığıram. Azərbaycanda heç kimdə olmayan dünyanın hər yerindən gətirlmiş 452 təsbehim, 1500 kitabım var. Ovla maraqlanıram.

Nədənsə hər bir əşyanın öz sehri olduğu kimi, susan şəkillərin də öz dili var... Sənətkarın şəkillərə baxması, hər şəkil haqqında məlumat verməsi xoş təssürat yaradırdı. O, şəkillərə baxıb xəyala dalırdı; çünki özü dediyi kimi, bu şəkillərin onun üçün dərin mənası və tarixçəsi var. Ruhu ilə kinoya bağlanmış aktyor uzun illər keçsə də, o illərdən danışanda özünü xoşbəxt hiss edirdi...

Tarix
2014.11.17 / 09:15
Müəllif
Nigar İsmayılqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla