Yuxarı

Aslan Aslanov Şəmkir stadionunu satmaq istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aslan Aslanov Şəmkir stadionunu satmaq istəyir

Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov yaxın qohumunun adına özəlləşdirdiyi Şəmkir şəhər stadionunu satmaq istəyir. Stadiona isə 2 milyon manat qiymət qoyulub.

Bu barədə Şəmkirdəki mənbələrdən məlumat daxil olub. Qaynağın sözlərinə görə, stadionun tikintisində Şəmkirdə Saşa kimi tanınan mərhum iş adamı Şahbaz Süleymanovun da xidmətləri olub. Stadionunu tikintisinə vəsaitin bir hissəsini də o vaxt məhz Saşa ayırıbmış.

Stadionun ərazisi Şəmkir rayonunun "Klara Setkin" sovxozunun balansında olub. Amma rayonda aqrar islahatlar aparılarkən bu ərazi sovxozun fəhlələrinə torpaq payı kimi paylanmayıb. Ərazini o vaxt Şəmkirdə icra başçısı vəzifəsini tutan Aslan Aslanov özəlləşdirib.

Stadion əvvəlcə keçmiş Dəllər Tikinti Materialları Kombinatının direktoru Fəxrəddin Rzayevin adına Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsində qeydiyyata alınıb. Amma az sonra A.Aslanov stadionu öz yaxın qohumu olan Zəyəm-Cırdaxan kəndində yaşayan Dilqəm İsmayılovun adına rəsmiləşdirib.

Qeyd olunur ki, hələlik stadionu almaq istəyən yoxdur. Yalnız Moskvada yaşayan əslən şəmkirli Məhərrəm adlı iş adamı buna cəhd edib. O, 2 milyon manat verərək stadionun ərazisini almaq istəyib. Amma ondan stadion kimi yox, sökdürüb torpaq sahəsi kimi istifadə etmək üçün. Amma Aslanov regionun ən böyük idman obyektlərindən olan Şəmkir şəhər stadionunun bu şərtlə satılmasına yuxarıların qəzəbindən ehtiyat etdiyi üçün razı olmayıb.

Tarix
2013.12.06 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla