Yuxarı

İrandan azərbaycanlı xəstələrə zərbə - Yasaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici vətəndaşlara böyrək satışını qadağan edib.

Axar.az "Aran radiosu"na istinadən xəbər verir ki, bu qərar iranlı böyrək xəstələri arasında ehtiyacın olmasına görə verilib.

Həmçinin, orqanların köçürülməsində yol verilən qanunsuzluqların qarşısını almaq məqsədi ilə İran Səhiyyə Nazirliyi mövcud qanuna yenidən baxacaq.

İran Səhiyyə Sistemi Təşkilatının sədri Əlirza Zali jurnalistlərə açıqlamasında digər ölkələrin vətəndaşlarının öz ölkələrindən bir nəfəri gətirməklə, İran xəstəxanalarında böyrək köçürülməsi xidmətlərindən yararlana biləcəklərini deyib:

"Ölkədə böyrək növbəsində duran şəxslərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Daxildə böyrəyə kütləvi surətdə ehtiyac var. Buna görə, xarici şəxslərə bədən üzvünün köçürülməsindən söhbət belə gedə bilməz. Hal-hazırda da böyrəyə və digər bədən üzvlərinə ehtiyacı olan xarici ölkə vətəndaşları köçürmə əməliyyatını həyata keçirmək üçün öz həmyerlilərindən birini İrana gətirə bilərlər. Ancaq özlərinə bədən üzvlərinin köçürülməsi üçün İran vətədaşlarından istifadə edə bilməzlər".

Tarix
2014.11.19 / 13:59
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla