Yuxarı

Toya bir gün qalmış baş verən dram - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" adlı komediyasının məşqlərinə başlanılıb.

Axar.az xəbər verir ki, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanova olan tamaşanın premyerası dekabrın ortalarına nəzərdə tutulub.

Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov bildirib ki, "Toya bir gün qalmış" günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdir:

"Öncə yaratdığı şərait üçün teatrın direktoru Əliqismət Lalayevə təşəkkürümü bildirmək istəyirəm. Tamaşanın əsas ideyası "İnsanlara kömək edin, biganəlikdən əl çəkin!" şüarını tamaşaçılara çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə, kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik".

Qeyd edək ki, tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.

Tarix
2014.11.20 / 02:25
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla