Yuxarı

SOCAR-ın 8 milyard borcu var: səhm alınmayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət Neft Şirkətinin hazırda hansısa əlavə bir səhm paketi ilə yüklənməkdə heç bir marağı yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı İlham Şaban söyləyib.

O, hazırda ən gəlirli işin hasilatla bağlı layihələr olduğunu bildirib:

"Xorvatiyadakı İNA şirkətinin səhmlərinin 49%-ni SOCAR-ın alacağına inanmıram. Dövlət Neft Şirkətinin hazırda hansısa əlavə bir səhm paketiylə yüklənməsində heç bir marağı yoxdur. Çünki SOCAR-ın qarşıdakı 5-6 ildə çox böyük kapital yönümlü layihələri var. Üstəlik, bu şirkət layihələrini həyata keçirmək üçün 8 milyarda yaxın kredit alıb və debütor borcları yığılıb. Onların bu dövr ərzində yavaş-yavaş qaytarılması prosesi var. Bu baxımdan da inanmıram ki, şirkət üçün hansısa əlavə layihələr və digər şeylər almaq maraqlı olsun. Siz dediyiniz layihələr daşıma layihələridir. Burada isə gəlirlər çox az olur. Ən yaxşı layihələr hasilatla bağlıdır. Hasilatda risk də böyük olur, ancaq orada qazanc da çoxdur".

Qeyd edək ki, bir müddət öncə Macarıstanın MOL şirkətinin Xorvatiyanın İNA neft kompaniyasındakı səhmlərini Qazproma satmaq istəməsilə bağlı məlumat yayılmışdı. Avropa İttifaqı buna görə Macarıstanla danışıqlar aparacağını və Rusiyanın Avropada daha bir şirkətə sahib olmaması üçün çalışacaqlarını bildirmişdi. Mətbuatda həmçinin bu İNA-dakı səhmlərin SOCAR-ın da ala biləcəyi ehtimalları səsləndirilmişdi.

Tarix
2014.11.20 / 16:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla