Yuxarı

Moskva Azərbaycana türk coğrafiyasının parçası kimi baxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rus xarici siyasətində türk coğrafiyasının geopolitik konstruksiyası mahiyyət şəklində gündəmdədir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov söyləyib. O, Rusiyanın ABŞ-ın maraqlarına zərbələr endirdiyini bildirib:

"Çox gərgin dönəmdən keçirik. Rusiyaya qarşı Avropa və Amerikanın sıxışdırma siyasəti şiddətləndikcə, qarşı tərəf də adekvat cavablar verməyə və bu cavabları bir neçə istiqamətdə həyata keçirməyə çalışır. Rusiya bu sanksiyalardan canını qurtarmaqdan ötrü regionun digər gücləri ilə - Amerika və NATO-nun siyasətindən narazı olan Çin, Hindistan, eləcə də digər ölkələrlə genişmiqyaslı əməkdaşlığa start verib. Moskva hazırda ABŞ-ın milli maraqlarına təsir edəcək addımlar atır. Bunu Xəzərdə, Montre anlaşmasını dilə gətirməklə Qara dənizdə, Şimali və Cənubi Qafqazda həyata keçirmək istəyir. Nəzər alaq ki, bu gün Prezident İlham Əliyevin məsələnin görünməyən tərəflərini bilməsi sayəsində Rusiya-Azərbaycan siyasətində gərginliyin yaranmasının qarşısı alınır. Bu, düzgün siyasətdir".

Politoloq Moskvaya ən böyük təhlükənin Çin olduğunu da diqqətə çatdırıb:

"Rusiya özünün iqtisadi, siyasi maraqlarını qorumaqdan ötrü ardıcıl və aqressiv siyasət yeritməyə başlayıb. Bu, bir-iki il öncə belə deyildi. Rusiyanın Çinlə yaxınlaşması, əlbəttə ki, Qərbə qarşı taktiki gedişdir. Amma Rusiya üçün elə ən böyük təhlükə Çindir. ABŞ müəyyən məqamlarda bu yaxınlaşmanı istəməyəcək və hətta bəzi məqamlarda yumşalmalar baş verəcək".

A.Məmmədovun fikrincə, Moskva Azərbaycana tək Qafqaz və Xəzəryanı dövlət deyil, biz həm də böyük türk arealının bir parçası kimi baxır:

"Ona görə də bizi hər hansı lokal çevrələrlə müqayisə etmək yalnışdır".

Tarix
2014.11.21 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla