Yuxarı

Əsgərlər aksiyaçıları güllələdi: 8 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri Qüdsün Əbu Deys bölgəsində keçirilən aksiyanı dağıtmaq üçün həqiqi güllədən və gözyaşardıcı qazdan istifadə edib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, əsgərlər aksiyanı dağıtmaq istəyərkən 8 fələstinlini yaralayıb.

Fəth Hərəkatının Qüds sözçüsü Ənvər Bədrin verdiyi məlumata görə, İsrail əsgərləri ilə nümayiş keçirmək istəyən gənclər arasında gərginlik yaşanıb: "İsrail əsgərlərinin fələstinli gəncləri sakitləşdirmək üçün həqiqi güllə və gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində 8 nəfər yaralanıb, 7 nəfər qazdan zəhərlənib".

Sözçü eyni zamanda İsrail əsgərlərinin hal-hazırda da həmin bölgədəki evlərə basqın edərək aksiyaya çıxan gəncləri nəzarətə götürdüklərini bildirib.

Xatırladaq ki, İsrail əsgərlərinin 1967-ci ildən bəri ilk dəfə Əl Əqsa məscidinə girməsindən sonra noyabrın 18-də fələstinlilərin qərbi Qüdsdə bir sinaqoqa hücumunda 5 İsrail əsgərinin ölməsi gərginliyi daha da artırıb.

Tarix
2014.11.21 / 10:46
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla