Yuxarı

Sosial xidmətlər üzrə standartlar hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərə dair minimum standartlar hazırlanır.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə sosial xidmətlərin göstərilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin də iştirakına şərait yaradılıb. ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr üzrə ixtisaslaşmış QHT-lər tərəfindən çoxşaxəli sosial xidmətlərin göstərilməsi təmin olunur. Qeyd olunan layihələr üzrə respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə təmin olunur.

Qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə ilin sonunadək hazırlanacaq standartlar ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi mexanizminin formalaşdırılması üçün əsas rolunu oynayacaq. Bu isə nəticə etibarilə vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının artırılmasına imkan yaradacaq.

Tarix
2014.11.21 / 13:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla