Yuxarı

Minsk qrupu vurulmuş helikopterlə bağlı bəyanatını dəyişdi

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazisində vurulmuş Ermənistanın hərbi helikopteri ilə bağlı insident üzrə bəyanatını dəyişib.

AzərTac-ın məlumatına görə, Minsk qrupu bəyanatında helikopterin qalıqlarının olduğu ərazinin adını "neytral"dan "yaşayış olmayan" ifadəsi ilə dəyişib.

Bundan əvvəl Minsk qrupunun bəyanatında qeyd olunmuşdu ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin "neytral ərazi"sinin minalanmış zonasında yerləşir.

Bununla əlaqədar olaraq Azərbaycan rəsmiləri etiraz etmişdilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında "neytral ərazi" ifadəsinin işlədilməsi qəbuledilməzdir".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Tarix
2014.11.21 / 19:11
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla