Yuxarı

ABŞ: “Rusiya böyük ölçüdə cavab verəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada səfərdə olan ABŞ vitse-prezidenti Cozef Bayden maraqlı bəyanatları ilə yadda qalıb.

Axar.az xəbər verir ki, 72 yaşlı Bayden Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanın böyük öıçüdə cavab verəcəyini deyib.

ABŞ-ın 47-ci vitse-prezidenti olan Bayden Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməməkdə ittiham edib:

"Ukraynanın şərqində vəziyyət gərginləşərsə, Rusiya bunun böyük hesabını verəcək. Beynəlxalq ictimaiyyət sanksiyalar vasitəsi ilə bu ölkəyə təzyiq etməyə çalışır. Rusiya ilk növbədə Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir. Bundan sonra sanksiyalar aradan qalxa bilər. Ancaq hələ ki, biz bunu hiss etmirik".

Rusiyanın öhdəlikləri yerinə yetirmək əvəzinə daha çox təxribata meylləndiyini deyən Bayden bu ölkənin Minsk sövdələşməsini yerinə yetirmədiyini bildirib:

"Rusiya canlı qüvvəsini və silahlarını Ukraynadan çıxartmalıdır".

Daha sonra Bayden Prezident Pyotr Poroşenkoya ölkəsinin hər zaman Ukraynaya yardım edəcəyi vədini verib.

Tarix
2014.11.21 / 22:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla