Yuxarı

Bayden: "Davudoğludan dərs almalıyam" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Cozef Bayden təxminən 2 saat əvvəl Türkiyəyə gəlib.

Axar.az xəbər verir ki, Bayden təyyarədən endikdən sonra onu Atatürk hava limanında qarşılayan Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə jurnalistlərin suallarını cavablandırıb. Bayden mətbuat konfransında maraqlı açıqlama ilə yadda qalıb:

"Sonuncu dəfə Davudoğlunu görəndə o, Xarici İşlər naziri idi. İndi isə bir pillə yuxarı vəzifəyə yüksəlib. Amma mən hələ də vitse-prezidentəm. Bu barədə ondan dərs almalıyam".

Davudoğlu ilə yaxın dostluğunu vurğulayan Bayden Türkiyəyə səfərindən məmnun olduğunu deyib:

"Uzun zamandır bir-birimizi tanıyırıq və çox uzun zamandan bəri dostuq. Həm dost, həm NATO müttəfiqi Türkiyədə olduğum üçün çox xoşbəxtəm. Bosniya və Kosovada ortaq işlərimizi xatırlayıram. Bir çox mövzuda, eyni zamanda, çətin mövzularda birlikdə çalışdıq. Hərbi əməkdaşlığımız çox güclüdür və bir-birimizə güvənirik".

Xatırladaq ki, bu ilin oktyabrın əvvəlində Co Bayden qalmaqallı iddia ilə gündəmə gəlmişdi. O, Türkiyə hökumətini İŞİD terror qruplaşmasına dəstək verməkdə günahlandırsa da, sonradan Prezident Ərdoğandan üzr istəməsi müzakirə mövzusu oldu.

Tarix
2014.11.22 / 00:24
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla