Yuxarı

Koalisiya ölkələri niyə İŞİD-ə qarşı hərəkətə keçmir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç bir ölkənin İŞİD-ə qarşı İraq və Suriya ərazisindən müdaxilə etməməsinin mühüm tərəfləri var".

Bu sözləri Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudlu İŞİD-ə qarşı koalisiyaya qoşulan dövlətlərin indiyədək hərəkətə keçməməsinin səbəbini şərh edərkən deyib.

O, bildirib ki, beynəlxalq ictimaiyyətin İŞİD-lə bağlı mövqeyinin birmənalı olmasına baxmayaraq, əsas məsələ bunun formasıdır:

"ABŞ və digər ölkələr havadan hücum etsələr də, birbaşa ordu və quru qoşunları ilə mübarizəyə razılıq verilmir. Bu, göstərir ki, İŞİD və Yaxın Şərqdə baş verənlər son 10 ilin təcrübəsi deyil. Əvvəllər Əfqanıstan və İraqda beynəlxalq valyuta güclərinin belə müdaxiləsi olmuşdu. Bu gün İŞİD-in ortaya çıxması və Suriya hadisələri bu cür proseslərin heç bir effektinin olmadığını, əksinə vəziyyətin daha da pisləşdiyini göstərdi. Nəyə görə heç bir ölkə birbaşa risk etmir? Son dövrlərdə hər hansı bir dövlətin təkbaşına addım atması qeyri-mümkündür. Çünki prosesə qoşulub, daha sonra onun içərisindən çıxmağı heç bir dövlət öz üzərinə götürə bilməz. Bir çox ekspertlər inanırlar ki, hətta quru qoşunları ilə də hazırda İŞİD problemini həll etmək mümkün olmayacaq. Çünki İŞİD-i aradan qaldırdıqdan sonra tamam fərqli bir qurum üzə çıxa bilər. Buna görə də yaxın zamanda konkret bir dövlətin İŞİD-ə quru qoşunları ilə İraq və Suriya ərazisindən müdaxilə etməsi gözlənilən deyil. Ancaq koalisiya qurularsa, dövlətlər daha da cəsarətlənər və bu işə qoşularlar".

C.Mahmudlunun sözlərinə görə, ABŞ-ın İŞİD-ə qarşı hava hücumu ilə təkbaşına mübarizəsi bu ölkənin xarici strategiyasının tərkib hissəsinin olmasından irəli gəlir:

"Yaxın Şərq regionu ABŞ-ın maraq dairəsində olan bir nömrəli bölgələrdən biridir. Bunun da əsas səbəbi həmin bölgənin zəngin karbohidratlara malik olması, geosiyasi əhəmiyyəti və İsrailin də bu bölgədə yerləşməsi, eyni zamanda bu ölkənin təhlükəsizliyinin ABŞ-ın milli maraqları çərçivəsində olmasından qaynaqlanır".

Tarix
2014.11.22 / 01:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla