Yuxarı

“Bu ölkələr istəyir ki, biz öz torpaqlarımızı azad etməyək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həmsədr ölkələr ilk gündən belə bir siyasi xətt seçiblər ki, bu münaqişə nəzarət altında qalmalıdır və qalacaq da".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Soçi, Uels və Paris kimi önəmli görüşlərdən sonra Ermənistanda həyata keçirilən hərbi təlimlərə aydınlıq gətirərkən deyib.

Politoloqun sözlərinə görə, bu üç ölkə indi bütün imkanlardan maksimum istifadə edir ki, bu münaqişə nəzarət altından çıxmasın:

"ABŞ, Fransa və Rusiyanın nəzarət etmək funksiyasi heç də o demək deyil ki, onlar Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasının tərəfdarıdır. Bu ölkələr nəzarəti ona görə əllərində saxlamaq istəyirlər ki, münaqişə əsla başlamasın və Azərbaycan olaraq biz öz torpaqlarımızı azad etməyək, eyni zamanda belə bir vəziyyət isə davam etsin. Çünki vəziyyət davam edərsə, aparıcı dövlətlərin regionda prosesə nəzarəti daha da asanlaşar. Ona görə də dəfələrlə bizi konflikt tərəflə bir tərəziyə qoyaraq tamamilə əsassız, subyektiv, ədalətdən uzaq bəyanatlar səsləndirirlər. Həqiqəti nəinki nəzərə almır, heç dillərinə belə gətirmirlər. Bir dövlət nəinki başqa bir dövlətin ərazisini işğal edir, onun torpaqlarında hərbi təlim keçirir və biz bununla bağlı heç bir kəlmə söz belə eşitmirik. Əvəzində isə ikili mövqe göstərirlər. Bu ölkələrin seyrçiliyi, ikiüzlülüyü və riyakarlığı Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır ki, həll olunmamasının yeganə və tək səbəbidir".

Tarix
2014.11.22 / 09:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla