Yuxarı

“Ermənilərin bu gün yaydıqları xəbər növbəti təxribatdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın iki əsgərini itirməsiylə bağlı məlumat ermənilərin növbəti yalanıdır".

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı ermənilərin bununla da vurulmuş helikopter ətrafında məsələləri gərginləşdirmək istədiyini bildirib:

"Bu, ermənilərin növbəti təxribatıdır. Ermənilər bununla da helikopter ətrafında yaranmış vəziyyəti gərginləşdirmək istəyirlər. Bu işə də həmçinin beynəlxalq təşkilatları qoşmaq niyyətindədirlər. Biz cəbhə xəttində olan vəziyyətlə bağlı məlumatı öz rəsmi saytımızda yerləşdirmişik. Əgər hansısa bir itkimiz olsa, dərhal ictimaiyyətə açıqlama verəcəyik. Ermənilərin yaydığı məlumatın yalan və vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat olduğu birmənalıdır".

Qeyd edək ki, az öncə News.am saytı Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrinə istinadən Azərbaycanın iki əsgərinin vurulmuş vertolyota tərəf yaxınlaşmaq istərkən öldürüldüyü haqqında təxribat xarakterli məlumat yayıb.

Tarix
2014.11.22 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla