Yuxarı

Batumi Forumundan sensasion xəbər: Məhkəmə olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Cəmiyyəti Forumunda ermənipərəst mövqe tutan Kristina Vaiciunaite Dağlıq Qarabağ ermənilərinə mane olduğu üçün sabiq həmsədri təhqir edib.

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun keçmiş həmsədri Vüqar Bayramov Batumi Forumunda Azərbaycan əleyhinə tədbirlərin əsas təşkilatçılarından olan Kristina Vaiciunaiteni beynəlxalq məhkəməyə verib.

Musavat.com bu barədə xəbəri V. Bayramovdan alıb. Belə məlum olub ki, Qarabağ ermənilərinin forumda iştirak etmək istəklərinin qarşısı aldığını əsas gətirərək, Kristina azərbaycanlı həmsədri (Vüqar Bayramovu) ermənilərin forumda iştirakına maneə olmaqda ittiham edib və arzuolunmaz sözlər işlədib. Sözügedən xanım Batumi Forumunun ilk günündə ermənilərin mövqelərini fəal müdafiə edən şəxs kimi tanınır. O, Cexiyanın Peeople in Need təşkilatı ilə bir yerdə Azərbaycana qarşı diskriminasiya aksiyası təşkil edib.

Bu təşkilat da son iki ildə Dağlıq Qarabağ ermənilərinin VTC Forumuna müstəqil ölkə təmsilçiləri kimi daxil olması naminə mübarizə aparır. Bu prosesə əsas maneçiliyi də Forumun azərbaycanlı həmsədri V. Bayramov edib. İndi buna görə, ermənipərəstlər V. Bayramova qarşı hərəkətə keçiblər.

Kristina Vaiciunaitenin bu hərəkəti İdarə Heyətinin əksər üzvlərinin məyusluğuna səbəb olub.

Qeyd edək ki, Kristina Vaiciunaite Avropada ermənipərəst mövqeyinə görə tanınır. Eyni zamanda, Vüqar Bayramov beynəlxalq foruma həmsədrlik edən ilk azərbaycanlı idi. Dünəndən onun səlahiyyət müddəti bitib.

Tarix
2014.11.22 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla