Yuxarı

Azərbaycan 10 ölkədən biri oldu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ən dinamik inkişaf edən 10 ölkədən biri olub.

Rabitətə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan 2013-cü il üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə dünya reytinqində (ICT Development Index) il ərzində bir pillə irəliləyərək 2012-ci ildəki 65-ci yerdən 64-cü yerə yüksəlib.

Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib. İKT-nin inkişafı indeksində 166 ölkə İKT-yə çıxış səviyyəsi, onların tətbiqi və bu sahədəki bilikləri üzrə sıralanır.

2013-cü ilin yekunları üzrə reytinqdə birinci yeri Danimarka, ikincini Koreya Respublikası tutub. Reytinqin ilk 30 ölkəsi sırasına Avropa ölkələri və digər regionların gəlirləri yüksək olan ölkələr, o cümlədən Avstraliya, Bəhreyn, Kanada, Yaponiya, Makao (Çin), Yeni Zelandiya, Sinqapur və ABŞ daxildir.

MDB regionunda ən yüksək nəticəyə Belarus (6,89), Rusiya (6,70) malikdir. MDB ölkələrində indeks inkişaf etmiş ölkələr üçün orta göstəricidən aşağı səviyyədədir – 7,20. Reytinqdə daha çox irəliləyişə - 2012-ci ildəki 43-cü yerdən 2013-cü ildə 38-ci yerə Belarus və Gürcüstan – 83-cü yerdən 72-ci pilləyə nail olub. Digər MDB iştirakçılarında reytinq bir pillə geriləyib (reytinqi dəyişməyən Qazaxıstan və iki pillə itirən Ukrayna istisna olunmaqla).

Ötən ilin sonuna internet və kompüterə çıxışı olan ev təsərrüfatlarının sayında daha çox artım Rusiyada (müvafiq olaraq 67 və 70 faiz) qeydə alınıb. Azərbaycan, Belarus və Qazaxıstanda bu göstərici 50 faizi ötdüyü halda Özbəkistan və Qırğızıstanda 10 faizdən aşağıdır.

Tarix
2014.11.25 / 13:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla