Yuxarı

Bakıda dəhşətli zəlzələ olacağı niyə gizlədilmişdi? – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 il öncə bu gün Abşeron yarımadasının sakinləri səhəri bayırda açmışdılar.

Həmin gecə zəlzələnin baş verdiyini hiss edən sakinlər canlarını xilas etmək üçün özlərini küçəyə atırdılar.

Bəzi iddialara görə, baş verəcək zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzində hələ apreldən məlumat olsa da, bu barədə ictimaiyyətə heç bir xəbərdarlıq edilməmişdi.

Lakin Mərkəz o zaman geniş ictimaiyyətə açıqlamamaq şərtilə yalnız müvafiq qurumlara əvvəlcədən məlumat verir.

Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişli mətbuata açıqlamasında xəbərdarlıq etməmələrinə səbəb kimi zəlzələnin gücü və vaxtı barədə onlarda dəqiq məlumatın olmamasını göstərib:

"25 noyabr zəlzələsi barədə proqnozlar elə idi ki, əhalini evakuasiya etmək mümkün deyildi. Çünki zəlzələnin gücü və vaxtı barədə dəqiq məlumat yox idi. Zəlzələnin sentyabr və yaxud noyabrda baş verəcəyi heç kimə məlum deyildi. Belə olan halda əhali evindən kənarda oturub nə qədər gözləməlidir ki, zəlzələ olacaq? Bu, həm əhali, həm də dövlət üçün əlavə problemlər yaradardı".

Nəhayət, qeyri-səlis proqnozlar özünü doğrultdu və o qorxunc an gəlib çatdı.

25 noyabr 2000-ci il, saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş verdi. Dəhşətli təkanlar iki dəfə olmaqla 22 saniyə çəkdi.

Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olundu.

İnsanlar özlərini xilas etmək üçün hətta yaşadıqları binanın eyvanından atırdılar.

Zəlzələ nəticəsində bir neçə insan dağıntılar altında qalaraq yox, yaşadıqları binalardan özlərini ataraq həlak oldu.

Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələndi. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olundu.

Səbəb isə çox aydındır: bizdə belə güclü zəlzələlər nadir hallarda baş verir.

Tarix
2014.11.25 / 23:17
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla