Yuxarı

Dünyanın ən bahalı mobil telefonları – Şok qiymətlər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az fantastik qiymətə satışa çıxarılan telefonların ilk onluğunu oxucularına təqdim edir.

1. "iPhone 4 Diamond Rose Edition" - 500 ədəd göz qamaşdıran çəhrayı brilyant qaş ilə bəzədilən "Ayfon 4G" dünyanın ən bahalı telefonudur. "Əpl" loqotipi 53 almaz qaşla yığılan telefonun arxa qapağı qızıldan hazırlanıb. Cihazın yeganə düyməsi isə platindir. Telefonun qiyməti 8.000.000 $ təşkil edir.

2. "iPhone 3GS Supreme" - Stüyart Hyüsun dizaynı əsasında hazırlanan "Ayfon 3GS Supreme" modeli də dünyanın ən bahalı telefonları siyahısındadır. Telefonun hazırlanmasında 271 qram qızıl və 200 ədəd brilyant qaşdan istifadə edilib. Telefonun qiyməti 3.2 milyon dollardır.

3. "iPhone 3G Kings Button" - Tanınmış avstraliyalı dizayner Peter Aloisson "Ayfon 3G" modelini 138 brilyantla bəzəyib. Telefonun "Home" düyməsi isə nadir brilyant növündən hesab olunan 6.6 karatlıq daşdan hazırlanıb. Bu məhsulun satış qiyməti 2 milyon 500 min dollar olaraq göstərilib.

4. "GoldVish Le Million" - markalı telefon məşhur İsveçrə şirkəti "Gold Vish"-in məhsuludur. Telefon tam olaraq ağ qızıldan hazırlanıb və ekran istisna olmaqla başdan-başa brilyant qaşlarla örtülüb. Satış qiyməti 1 milyon 300 min dollardır.

5. "Diamond Crypto Smartphone" modeli telefon Rusiyanın "Ancort" şirkəti tərəfindən hazırlanıb. Telefon ağ qızıldan hazırlanıb və kənarlarına 50 mavi brilyant düzülüb. Telefonun qiyməti 1 milyon 300 min dollar təşkil edir.

6. "Gresso Luxor Las Vegas Jackpot" - Telefonun korpusu təmiz qızıldan hazırlanıb və üzərinə nadir hesab olunan 46 karatlıq qara rəngli brilyant qaş əlavə olunub. Telefonun arxa qapağı Afrikada yerləşən 200 illik ağacdan, düymələri isə sapfirdən hazırlanıb. Qiyməti 1 milyon dollar olaraq göstərilib.

7. "Vertu Signature Diamond Collection" - Bu model dünyanın ən gözəl görünüşə sahib olan telefonlarından hesab olunur. Telefon 4 növ korpusda və 200 ədəd məhdud sayla istehsal edilib. Təmiz qızıldan və qiymətli daşlardan hazırlanan "Vertu Signature Diamond"-un qiyməti 310 min dollardır.

8. "Sony Ericsson Black Diamond" - Ən bahalı telefonlar siyahısının 8-ci pilləsində "Sony Ericsson Black Diamond" modeli yer alır. Yalnız 5 ədəd hazırlanan telefonun arxa qapağı almaz daşla bəzədilib. Məhdud sayda istehsal edilən "Sony"-nin qiyməti 300 min dollardır.

9. "iPhone Princess Plus" - "Ayfon Prinses Plus" modelinin korpusu ağ qızıl və 17.75 karatlıq 318 brilyantla bəzədilib. Telefonun qiyməti 176 min dollar civarındadır.

10. Nokia 8800 Arte Pink Diamonds - Dünyanın ən bahalı 10 telefonu sırasında yer alan ən ucuz telefon "Nokia 8800 Arte Pink Diamonds" modelidir. Hazırlanmasında qızıl və 21 karatlıq brilyantdan istifadə olunan modelin qiyməti 134.000 Amerika dolları təşkil edir.

Tarix
2014.11.26 / 10:19
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla