Yuxarı

Dərmanların qiymətini dövlət müəyyənləşdirəcək - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dərmanların qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra iş adamlarının ölkəyə daha ucuz qiymətli dərmanları gətirməsi stimullaşdırılacaq.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Trend-ə bildirib ki, hazırda müzakirə edilən "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydaları"nın layihəsində dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur. Tənzimləmə məqsədi ilə Tarif (qiymət) Şurası tərəfindən 5-dən 10-dək baza ölkəsi müəyyən ediləcək. Dərman istehsalçılarının bu ölkələrin topdansatış müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətləri müəyyən ediləcək. Baza ölkələrindəki qiymətlər barədə məlumatları istehsalçı və ya idxalçı Tarif Şurasına təqdim edəcək. Tarif Şurası məlumatların düzgünlüyünü baza ölkəsinin məlumatları əsasında dəqiqləşdirə biləcək.

Layihədə təklif edilir ki, reseptlə buraxılan dərmanlar üçün bazis ölkələrindəki ən aşağı, reseptsiz buraxılan dərmanlar üçün ən yuxarı qiymətlər bazis qiyməti kimi qəbul edilsin. Bazis qiymətinin üzərinə qaydalarla müəyyən edilmiş faiz dərəcəsinə uyğun əlavələr edilməklə topdansatış qiyməti, topdansatış qiymətinin üzərinə əlavələr edilməklə pərakəndə satış qiyməti müəyyən ediləcək. Dərmanların qiymətləri artdıqca topdan və pərakəndə satışa görə tətbiq edilən faizlərin səviyyəsi azalacaq. Aşağı qiymətlərlə gətirilən dərmanlara daha yüksək əlavələrin tətbiqi bazara dərmanların daha ucuz qiymətlə çıxarılmasını stimullaşdıracaq.

Təsdiq edilmiş qiymətlər dərmanların qablaşdırılmasının üzərində istehsalçı tərəfindən çap ediləcək. Bu mümkün olmadıqda dərmanların üzərinə qiymətlər idxalçı tərəfindən digər üsullarla (holoqram, ştempel və s.) vurulacaq və bundan sonra dərmanlar satışa çıxarılacaq.

Tarix
2014.11.26 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla