Yuxarı

Obama: “Bu qanlı qarşıdurmanın kökü çox dərindədir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Ferqusonda baş verən hadisələri bəhanə edərək qanun pozuntusuna yol verənlərə son xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Obama cəmiyyətin bəzi təbəqələri ilə ədalətli davranılmadığından təəssüfləndiyini bildirərək yanıldığını etiraf edib.

Çikaqoda miqrasiya növzusunda təşkil edilmiş toplantıya qatılan Ağ Ev rəhbəri baş verən hadisələrin özəyinin dərin qatlara gedib çıxdığını dilə gətirib:

"Bu, təəssüf ki, Brounun öldürülməsi ilə bağlı deyil. Əsas məsələ Afrika-Amerika cəmiyyətində qanunların ədalətli olmamasındadır. Bunun köklərini axtarsaq, lap uzaqlara getməliyik. Bu hər yerdə var və təhlükəsizlik qüvvələrinin əksəriyyəti üçün etibarlı olmaya bilər. Amma insanlar bunu da qəbul etməlidir ki, hadisələr süni şəkildə yaranmayıb. Bunun kökləri var və zaman-zaman bu proseslər baş verib. Binaları yandırmaq, mülklərə zərər vermək, insanları təhlükəyə atmaq, bunlar dağıdıcıdır, bunlar vəhşilikdir və bunların heç bir səbəbi ola bilməz. Bunlar cinayət davranışlarıdır və bu cür cinayətlərin qarşısının alınması üçün əməliyyatlar başlanmalıdır".

Dolayısı ilə polislərin haqlı olduğunu deyən Obama onların peşəkarlığı nəticəsində insanların etibarlı yaşamının təmin edildiyini deyib:

"Bizim ata biləcəyimiz addımlar var. Ferqusonun problemi təkcə Ferqusonun deyil. Bu Amerikanın problemidir və həqiqətən bunu həll etdiyimizə əmin olmalıyıq. Öz cəmiyyətinə zərər verənlərə rəğbətim yoxdur".

Tarix
2014.11.26 / 13:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla