Yuxarı

Rusiya-Gürcüstan münasibətləri yenidən gərginləşə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qeyd edib ki, dünyanı çox ciddi sınaq gözləyir və bunun Qazaxıstana da təsiri ola bilər. Həqiqətən də bu gün dünyada, xüsusilə də nüvə dövlətləri arasında münasibətlər soyuq müharibə dövrünü xatırladır. Hətta bir çox hallarda Reyqan dövrünün ulduz müharibələrinə qayıdış tendensiyası var" .

Bu sözləri Axar.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Rusiyanın Abxaziya ilə müttəfiqliyi fonunda Gürcüstanla yarana biləcək durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, dünya son dərəcə çox mürəkkəb və siyasi kataklizmlər ərəfəsindədir:

"Proseslər get-gedə gərginləşir. Bu kontekstdə Rusiyanın Abxaziya ilə müttəfiqlik məsələsi və Qara dənizdə hərbi təmsilçiliyi gücləndirməsi, buna paralel olaraq da özünü yaxın xaric hesab etdiyi ərazilərdə prosesləri mürəkkəbləşdirməsi diqqəti cəlb edir. Rusiyanın Abxaziya ilə yaxınlaşması Moskva-Tiflis əlaqələrini gərginləşdirib. Baxmayaraq ki, Gürcüstanda Saakaşvilindən sonrakı hökumət Rusiya ilə münasibətlərin daha yumşaldılmasına sadiqlik nümayiş etdirir. Hətta bir çox hallarda ölkənin Müdafiə naziri Alasaniyanın istefaya göndərilməsini Rusiya ilə münasibətlərin tənzimlənməsində bir addım kimi görürlər. Çünki Alasaniya anti-Rusiya siyasəti yürüdərək Qərbyönümlü siyasət imicinə malik idi. Belə bir vəziyyətdə Rusiyanın Abxaziya ilə yaxınlaşması və prosesi imzalarla gücləndirməsi Gürcüstanla münasibətləri yenidən gərginləşdirir. Nəinki rus, gürcü ekspertlər qeyd edirlər ki, belə vəziyyətdə Rusiyanın Gürcüstanın daxilində müəyyən separatçı qüvvələrə dəstək verməsi istisna deyil. Söhbət Gürcüstanın ermənilərin kontakt halında yaşadığı Cavaxetiya ərazisindən gedir. Biz dəfələrlə onların Dağlıq Qarabağdakı erməni separatçılarının yolu ilə getmək istəmələrinin şahidi olmuşuq. Bu bölgə indiki zamanda "Axilles dabanı" rolunu oynayaraq ən zəif nöqtə funksiyasını yerinə yetirə bilər".

Politoloq bilidirib ki, Qərblə münasibətlərin gərginləşməsi fonunda Rusiyanın Qara dənizdə və Gürcüstanda cavab addımları atacağı istisna deyil:

"Faktiki olaraq idarə olunan xaos vəziyyəti mümkün variantlardan biri kimi nəzərdən keçirilir. Ona görə də bu situasiyada kiçik dövlətlər həddindən artıq ehtiyatlı olaraq balanslı, çevik siyasət yeritməlidir. Azərbaycan bütün bu geosiyasi gərginliyin fərqindədir və düzgün olaraq balanslı və çoxvektorlu siyasət yeridir. Hətta amerikalı politoloq Bjezinski dəfələrlə qeyd edib ki, Rusiyanın son dərəcə zəifləməsi bizim maraqlarımıza ziddir. Çünki Rusiya nüvə dövlətidir və nüvə silahını düşmən ölkələrə vermə ehtimalı yüksəkdir. Bu isə Amerika və Qərb üçün fəlakətli bir nəticəyə səbəb ola bilər".

Tarix
2014.11.26 / 16:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla