Yuxarı

Dükanlarda qeydiyyatsız telefonlar satılır – SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mobil telefon satışını həyata keçirən mağazalarda qeydiyyatdan keçməmiş telefonlar satılır.

Axar.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qadağasına məhəl qoymur.

Vətəndaşların da bundan bir qədər məlumatsız olması satıcıların işini daha da yüngülləşdirir ki, bu da qeydiyyata alınmamış telefonların satışını artırır. Bəzi mağazalarda sertifikatlaşdırılmamış telefonlar hətta açıq şəkildə satılır. Bundan xəbərsiz müştərilər isə telefondan istifadə etməyə başladıqdan sonra qeydiyyatdan keçmənin vacibliyi haqda mesaj alırlar və bu da istehlakçının hüququnu pozaraq əlavə əsəb, vaxt və maddi itkiyə səbəb olur.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefon satan mağazalarda qeydiyyatdan keçirilməmiş telefonların satışına qadağa qoyub.

Məsələ ilə bağlı nazirlikdən Axar.az-a bildirdilər ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılır:

"Satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır. Qeydiyyatsız mobil cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görülür və görüləcək".

Qeydiyyatla bağlı yeni qərara əsasən, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı - 20 qəpikdir.

Xatırladaq ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələni şərh edərkən bildirmişdi ki, mobil telefonların qeydiyyat məsələsindən istifadə etmək istəyənlər var:

"Məncə, burada anlaşılmazlıq var. Kimlərsə bu sistemdən istifadə edərək ya digər xərcləri ödəmək fikrinə düşüb, ya da elə sadəcə, gəlir götürmək istəyir".

İndiki durumda isə məlum olur ki, burada xüsusi gəlir götürmək istəyənlər sahibkarlardır. Onlar hər telefon aparatı üçün 20 qəpik ziyana düşməkdənsə, qeydiyyatsız telefon satdıqları müştəriləri həm maddi, həm də psixoloji cəhətdən ziyana salırlar.

Tarix
2014.11.26 / 17:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla