Yuxarı

Trofimçuk: “Türkiyə Rusiya ilə Qafqaza görə yaxınlaşıb”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ankara indiyə qədər bacardığı qədər Qərbin təzyiqinə qarşı mübarizə aparır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində çıxış edib.

O, 90-cı illərdə Türkiyə iqtisadiyyatının Rusiyanın hesabına qalxdığını bildirib:

"Rusiya-Türkiyə əlaqələrində ilk dəfə 2008-ci ildə Ankaranın Moskva ilə əməkdaşlığın onun üçün nə qədər əhəmiyyətli olduğunu görməsindən sonra sıçrayış olub. Bu inkişaf Ankaranın Cənubi Qafqazdakı şəxsi mövqeyi ilə əlaqədar idi. Bir neçə il əvvəl Qərb Türkiyəni Suriyadakı müharibəyə sürükləməyə başladı. Ankara indiyə qədər bacardığı qədər bu təzyiqə qarşı mübarizə aparır. Bu siyasətdir. Amma bütün iqtisadiyyat sırf olaraq siyasətdən asılıdır. Bu fonda onu demək olar ki, Rusiya ilə əməkdaşlıq Türkiyənin bütün mənalarda yeganə mümkün olan çıxışıdır. Unutmaq lazım deyil ki, 90-cı illərdə Türkiyə iqtisadiyyatı Rusiyanın hesabına qalxıb. Özünün Avropa İttifaqındakı partnyorlarından Türkiyə hələ də konkret heç nə görmür. Əvvəlki kimi Ankaranı bu təşkilatın qapıları ağzında saxlayıblar. Ona görə də indi ikitərəfli proyektlərin geniş spektrdə reallaşdırılması üçün vaxt çatıb. Ümid etməyə dəyər ki, Rusiya-Türkiyə mövzusuna yönəlmiş yeni informasiya axını boş yerə deyil".

Tarix
2014.11.26 / 17:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla