Yuxarı

Azərbaycan diasporundan Ukraynaya etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ukraynalı jurnalistlərin Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ukraynanın "1+1" televiziya kanalının jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib.

Təşkilatın sədri Hikmət Cavadovun imzaladığı etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğunu vurğulanır.

Xatırladaq ki, Ukraynanın "1+1" telekanalının jurnalistləri "15 respublik" verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar. Azərbaycan və Ermənistanın hazırkı vəziyyətindən bəhs edən verilişin Xankəndində aparılmış çəkilişlərində Azərbaycana qarşı fikirlər - guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin guya azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.

Tarix
2014.11.26 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla