Yuxarı

Türkiyə kurort zonalarında azərbaycanlılara ev təklifi – Şok qiymət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakıdan fərqli olaraq, Türkiyədə daşınmaz əmlak bazarında müştərilərə inanılmaz şərtlərlə mənzillər təklif edilir.

Axar.az-ın məlumatına görə, mobil operatorlardan azərbaycanlı müştərilərə göndərilən mesajda Türkiyənin kurort zonalarında inanılmaz qiymətə evlər təklif olunur. Məsələn, Bodrumda evlər faizsiz olaraq 88 ay müddətinə, otel konseptində, tam təmirli şəkildə sakinlərin ixtiyarına verilir. Qiymətin 25 faizi ödənildikdən sonra isə evin kupçası təqdim olunur.

Amma Azərbaycana gəlincə, tam fərqli bir mənzərənin şahidi oluruq. Paytaxt Bakıda tikilən evlər hələ binanın özülü töküləndə satışa çıxarılır. İlkin ödəniş kimi evin ümumi qiymətinin 30 faizi tələb olunur, həmçinin MTK-lar 88 aylıq yox, maksimum 36 aylıq kreditlə mənzil satışını həyata keçirir. Bu da aylıq ödənişin təxminən 1500-2000 AZN olması deməkdir.

Evin kupçasına gəlincə isə Türkiyədən fərqli olaraq, Bakıda pulu tam ödəyəndən və binaya köçəndən sonra da kupçanı almaq problemdir. Onu da əlavə edək ki, bəzən standartlardan kənar tikilən göydələnlərin dövlət komissiyası tərəfindən qeydə alınması və qazlaşdırılması illərlə vaxt aparır: əvəzində isə sakinlər əziyyət çəkirlər.

Ümumilikdə Türkiyə və Azərbaycan MNT-nin təklif etdikləri qiymətdən tutmuş komforta qədər, hər şey müqayisəolunmaz dərəcədədir.

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov yuxarıda sadalanan şərtlərin Azərbaycanda olmamasını bir neçə nüansla izah etdi. Ekspertin sözlərinə görə, Azərbaycanda çətin şərtlər, dövlət dəstəyinin və tikinti ənənəsinin olmaması bu sahədə axsamalara gətirib çıxarır:

"Azərbaycanda xərclərə yol verməmək üçün şirkətlər mənzilləri təmir etmir. Evlərin təmirli şəkildə satılması müəyyən xərc tələb edir. Buna görə də sahibkar evi təmir edərək satmaqda maraqlı deyil. Bundan MTK-lar vəsaitə qənaət etmək və daha az xərclə daha yüksək qiymətə mənzil satmaq niyyəti güdür. İkinci bir məsələ ondan ibarətdir ki, Türkiyədə artıq bu ənənə var və bu ölkədə mənzillər birmənalı olaraq təmir edilərək satılır. Bu, artıq ənənə halını alıb və bütün şirkətlər praktik olaraq buna əməl edir. Amma Azərbaycanda bu ənənə formalaşmayıb və şirkətlər buna əməl etməkdə maraqlı deyil. Üçüncüsü, Azərbaycanda mənzil alanlar özləri evləri təmir etməkdə maraqlıdır. Çünki alıcı şirkət tərəfindən təmir olunmuş evin keyfiyyətli olduğuna inanmır. Buna görə də bu, Azərbaycanda geniş yayılmayıb. Bu üzdən də yaxın zamanlarda bu ənənələrin formalaşması inandırıcı görünmür".

Ekspertin sözlərinə görə, Azərbaycanda sosial layihələrin olmaması evlərin qiymətinə və kredit şərtlərinə ciddi təsir edir:

"Türkiyədə "xalq evləri" proqramı var. Dövlətin dəstəyi ilə bu evlər tikilir və vətəndaşlar da bundan yararlanır. Bu sosial evlər təkcə Türkiyədə yox, Rusiya və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılıb. Azərbaycanda da Mənzil Məcəlləsində sosial evlərin yaradılması nəzərdə tutulub. Amma təəssüf ki, bununla bağlı hüquqi baza olsa da, hələlik sosial və "xalq evləri"nin yaradılması həyata keçirilməyib. Bu da imkan vermir ki, vətəndaşlar faizsiz, yaxud az faizlə mənzil sahibi ola bilsin".

Ölkədə mənzil tikintisinə dövlət nəzarətinin olmadığını deyən V.Bayramov Prezidentin son fərmanından sonra vəziyyətin dəyişəcəyini hesab edir:

"Binaların sertifikatının verilməsi binanın təhvil verilməsindən asılıdır. Azərbaycanda inşa edilən binaların təhvil alınması ilə bağlı prosedurlar kifayət qədər ağırdır. Prezidentin son fərmanından sonra güman olunur ki, sözügedən proses asanlaşacaq. Bütün Avropa ölkələrində, o cümlədən Türkiyədə də bina inşası başlarkən dövlət tərəfindən nəzarət olunur. Nəticədə bina inşa olunduqdan sonra onun təhvil alınması artıq formal xarakter daşıyır. Azərbaycanda bu nəzarət mexanizmi formalaşmayıb. Ötən həftə Prezidentin imzaladığı fərmanda bu da nəzərdə tutulub. Nəzarət mexanizmi tətbiq edildikdən sonra mənzillərin kupçasını almaq asanlaşacaq".

Tarix
2014.11.26 / 19:05
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla