Yuxarı

"Qarabağ: işğal öncəsi və sonrası" - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Brüsseldə TÜRKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ: işğal öncəsi və sonrası" adlı foto və "3 nəsil 1 soyqırım" adlı əşya sərgisinin açılış mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Belçikanın nüfuzlu "Vrije Universiteit" Universitetində təşkil edilən sərgini ziyarət edən Belçika vətəndaşları işğal olunmuş ərazilərdən gətirilən əşyalar və onların tarixçələri ilə tanış olublar. Eyni zamanda, onlara ingilis və türk dillərində "Qarabağda 3 nəsil, 1 soyqırım" adlı kitab paylanıb.

Sərgi ilə tanışlıqdan sonra "Qafqazda sülhün bərqərar olunması yolunda maneələr" adlı konfrans öz işinə başlayıb. Toplantıda çıxış edənlər beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı işğal siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşən yüzminlərlə insanın vətəndaş hüquqlarının tapdanmasına laqeyd qalmamağa və işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Sərginin açılışında və konfransda Azərbaycanın Brüssel və Lüksemburqdakı səfiri, habelə Avropa İttifaqı yanında Daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Türkiyənin Belçikadakı səfiri Mehmet Okan Olcay, Türkiyənin millət vəkili, dr. Sinan Oğan, Türkiyənin Brüsseldəki baş konsulu Əli Barış Ulusoy, Azərbaycanın Belçikadakı səfirliyinin müşaviri Əli Əliyev, TÜRKSAM-ın sədri Əhməd Gəncəxan Babiş, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, tələbələr, xarici və yerli ictimaiyyət nümayəndələri, elmi institutların və media qurumlarının təmsilçiləri iştirak ediblər.

Toplantı iştirakçıları, həmçinin hər iki ölkənin səfirləri sərginin xatirə dəftərinə ürək sözlərini yazıblar.

Tarix
2014.11.26 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla