Yuxarı

“Altılıq İranla bağlı hansı sanksiyanı ləğv etdi?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran ilə Altılıq ölkələri arasında danışıqlar hazırda dayandırılıb. Bunun əsas səbəbi tərəflərin razılığa gələ bilməməsidir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Vyanada Altılıq ölkələri ilə İran arasında nüvə danışıqlarının dayandırılmasını şərh edərkən deyib.

Politoloq bildirib ki, danışıqların dayandırılmasının səbəbi İranın uranın zənginləşməsi ilə bağlı faiz məsələsində irəli sürülən təkliflərlə razılığa gəlməməsidir:

"Çünki rəsmi Tehran hesab edir ki, nüvə proqramı inkişaf etməlidir və heç bir ölkə buna təsir edə bilməz. Təbii ki, Altılıq ölkələri dedikdə söhbət əsas aparıcı dövlətlərdən gedir ki, bu ölkələr də razılığın əldə olunmasını çox istəyirdi. Çünki bir tərəfdən geosiyasi vəziyyət mürəkkəbləşib, başqa bir tərəfdən isə Ukrayna hadisələri, Yaxın Şərqdə İŞİD-in fəallaşması və ABŞ-ın məsələyə müdaxiləsi bunu tələb edir. İŞİD-ə qarşı İran hər zaman istifadə oluna bilər. Bu mənada İŞİD məsələsində İranın mövqeyi ABŞ üçün çox önəmlidir. Çünki bu iki ölkə istəməsə də, İŞİD-ə qarşı eyni mövqedən çıxış edirlər. Yəni Tehran və Vaşinqton İŞİD-in məhvində maraqlıdır. Burada bir sıra incəliklər ortaya çıxır. Rusiyanın öz münasibətləri var. Rusiya da istərdi ki, İranla münasibətlər pozulmasın və Tehran öz mövqeyində qalsın, eyni zamanda Qərbin təsiri altına düşməsin. Bütün bu ziddiyyətlərə görə Altılıq ölkələri ilə İran arasında nüvə danışıqları hazırda dayandırılıb. Ancaq müsbət bir məqam 2015-ci ilin iyun ayınadək İrana tətbiq edilən müəyyən sanksiyaların aradan qaldırılması oldu. Altılıq ölkələri 700 milyon dollarlıq dondurulmuş pulun istifadəsi ilə bağlı İrana tətbiq edilmiş sanksiyanı ləğv edib".

Tarix
2014.11.26 / 19:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla