Yuxarı

Mikroavtobus sürünün üstündən keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Göyçay şəhər sakini İsmayılov Elşad Laçın oğlunun idarə etdiyi 99 GZ 679 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı sərnişin mikroavtobusu yolda hərəkət edən qoyun sürüsünün üstünə çıxıb. Hadisə zamanı Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi ağır yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb.

Avtomobil qoyunları yolun ortasında vurub. Hadisə şahidlərinin sözlərinə görə, qoyun sürüsünü yolun ortası ilə aparan şəxs gecənin qaranlıq vaxtında yolda hərəkət edən avtomobillər üçün tələb olunan müəyyən işıq işarəsindən istifadə etməyib. Hadisə zamanı Göyçay-İsmayıllı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.11.26 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gündən etibarən...

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla