Yuxarı

“Koroğlu”da intihara cəhdlə bağlı rəsmi məlumat - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-11-26 22:46

"Koroğlu" metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi baş verib.

Musavat.com-un məlumatına görə, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

23:07

Musavat.com 24 yaşlı gəncin intihara cəhdinin dəqiq səbəbini öyrənib. Məlum olub ki, Şahmarov Şəhriyar Müqəddim 3 ay əvvəl ailə qurub. Onun müxtəlif şəxslərə 6000 manata yaxın borcu var. Pul sahiblərinin təzyiqlərinə tab gətirə bilməyən gənc çıxış yolunu intiharda görüb.

Qardaşı Şəhriyar Şahmarova təsadüfən zəng edib və "İntihar etməyə gedirəm" cavabını eşidib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

23:10

Metronun "Koroğlu" stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib.

Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib.

***

01:16

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı "Koroğlu" metrosu yaxınlığında intihara cəhdlə bağlı məlumat yayıb.

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerinə xilasedicilər cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsizlik əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:55-də başa çatıb.

Tarix
2014.11.27 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla