Yuxarı

Şok: Millət vəkili “erməni soyqırımı”nı tanımağı tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) İstanbuldan olan millət vəkili Sabahat Tuncel Türkiyə Böyük Millət Məclisində (TBMM) şok təkliflə çıxış edib.

Axar.az xəbər verir ki, xanım Tuncel məclisə "erməni soyqırımı"nı tanımağı təklif edib. O, "Prezident Ərdoğan məclisdə "erməni soyqırımı" üçün üzr istəsin" ifadəsini işlədərək məclisin bu qanunu qəbul etməsini tələb edib:

"Türkiyə ictimai sülhün və dövlət ilə cəmiyyətin yeni bir ictimai müqavilə ilə birgə gələcək təxəyyülü təqdim etməsinin astanasındadır. Son zamanlarda gündəmdə 1938-ci il Dersim qırğını ilə yanaşı bir çox insanlığa qarşı işlənən cinayətlər var. Dersimdən başqa Maraş, Sivas, Çorum qətliamları, ermənilərə qarşı soyqırımı kimi bir çox yaşanmış hadisə var".

Qanun layihəsinə görə, dövlət adına prezident TBMM-də rəsmi surətdə üzr istəyəcək. Ertəsi gün prezident hadisənin yaşandığı yerdə də üzr mətnini oxuyacaq.

Üzr istəmə rəsmi olaraq edildikdən sonra ən çox 1 il ərzində mövzuyla əlaqədar TBMM qanun ilə "Həqiqətləri Araşdırma Komissiyası" qurularaq dövlətin əlindəki bütün arxivlər açılacaq".

Təklif maddi və mənəvi təzminat verilməsini və qanuni tənzimləmələr edilməsini də nəzərdə tutur. Təklif ayrıca hadisənin yaşandığı günün "Milli Yas" olaraq elan edilməsi də tələb olunur.

Təklifin səbəbi araşdırıldığında 1937-38 Dersim, Maraş, Sivas, Çorum qırğınları, 12 Sentyabr inqilabı "dövlət terrorundan qaynaqlanan insanlıq günahı" olaraq qiymətləndirilsin.

Təklif qəbul edilərsə, Türkiyə rəsmən "erməni soyqırımı"nı da qəbul etmiş olacaq. Soyqırımın başladığı gün, yəni 24 aprel, "milli yas günü" kimi qeyd olunacaq.

Tarix
2014.11.27 / 09:34
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla