Yuxarı

Sabiq polis əməkdaşına hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kənd sakini Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Dilavər Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə, saat 12:00-da ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib. Gövhər özünə və uşaqlarına məxsus paltarlarını yığaraq atası evinə getmək istəyib.

Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Dilavər onun getməsinin qarşısını almağa çalışıb. Lakin Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə apracağını bildirib. Gövhər Əhmədova həmin vaxt ərini nalayiq sözlərlə təhqir edib. Bu zaman Dilavər həyat yoldaşını öldürmək qərarına gəlib. O, Gövhər Əhmədovanı evin qonaq otağındakı kreslonun ustündə otuzduraraq hər iki əli ilə boğazından tutaraq boğub.

Həmin vaxt Gövhər boğulma nəticəsində ölüb. İlkin istintaq araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Gövhər Əhmədova bir müddət əvvəl "Odnoklassniki"də bir kişi ilə tanış olub. Həmin kişi Gövhərin keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Gövhərlə münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov bu məsələdən xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.

Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbail rayonu polis bölməsində polis vəzifəsinə işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi rayon polis idarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə ilə təqaüdə çıxıb.

Tarix
2014.11.27 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla