Yuxarı

İngiltərə səfirliyinə kamikadze hücumu oldu – İki ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirliyinə kamikadze hücumu olub.

Axar.az İngiltərənin Teleqraf qəzetinə istinadən xəbər verir ki, hücumda iki əfqan vətəndaşı ölüb, çoxlu yaralı var.

Bir kamikadze motosikletini ingilis səfirliyinə aid avtomobilə çırparaq özünü partladıb. Məlumata görə, partlayış çox güclü olub, səsi şəhərin hər tərəfində eşidilib, havaya böyük tüstü buludu yüksəlib.

İngilis səfirliyinin sözçüsü də hücum barədə açıqlama verib: "Səfirliyin avtomobilinə hücum təşkil edilib. Yaralılar var. Əfqan tərəfi ilə birgə işlər görürük".

Xatırladaq ki, keçən bazar günü Əfqanıstanın şərqindəki Paktika şəhərində voleybol matçı zamanı kamikadze hücumu təşkil edilmiş, nəticədə 57 nəfər həlak olmuşdu. Bazar ertəsi isə Kabildə amerikan əsgərlərinin avtomobilinə düzənlənən hücumda iki amerikan əsgəri ölmüşdü.

Tarix
2014.11.27 / 13:23
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla