Yuxarı

Avropa Oyunlarındakı güləş elçilərimiz - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Seçilmiş idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarına, həmçinin "Bakı-2015"in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərinə qatılacaqlar.

On bir elçidən ikisi Azərbaycan Güləş Federasiyasının nümayəndələri - yunan-Roma güləşçisi Rövşən Bayramov və qadın güləşçimiz Mariya Stadnikdir.

Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildiriblər ki, 14 ildir güləşin yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu, həm də idmançımızın indiyədək qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), hərbiçilərin dünya çempionatının qalibi (2006), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" Beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Güləşlə 12 ildir məşğul olan Mariya Stadnikin adı da bu idman növünün həvəskarlarına çox tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya Stadnik demək olar ki, qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" Beynəlxalq turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Həm Rövşən Bayramov, həm də Mariya Stadnik "Bakı-2015" ilk Avropa Oyunlarının idman elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildiriblər.

Tarix
2014.11.27 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla