Yuxarı

“O qədər həyasızlaşıblar ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT var. Hansı kriteriyalara görə ancaq 15 QHT-yə 30 milyon dollar maliyyə vəsaiti ayırılır? Hətta o qədər həyasızlaşıblar ki, beynəlxalq forumda Azərbaycanın milli maraqlarını qoruyan və ermənilərə yaxın olan təşkilatları ifşa edən adamları da təhqir edirlər".

Bunu mediaya açıqlamasında QHT sədri Niyaməddin Orduxanlı QHT-lər haqqında qanuna edilən dəyişikliyin müəllifi olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin qaldırıdığı məsələ ilə bağlı mövqeyini bildirərkən qeyd edib. N.Orduxanlı bildirib ki, Milli Məclisin komitə sədri tam haqlıdır:

"Bu faktın özü onu göstərir ki, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar ancaq o QHT-ləri və layihələri maliyəşdirir ki, həmin təşkilatlar birbaşa beynəlxalq təşkilatların sözçüsü rolunu oynayır. Son 3-4 ildə beynəlxalq təşkilatların Azərbaycana ayırdığı 30 milyondan artıq vəsait ancaq radikal müxalifətin təsirində olan 5-10 QHT arasında bölüşdürülüb. Niyə? Məqsədiniz nə idi? Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT var. Hansı kriteriyalara görə ancaq 15 qeyri-hökumət təşkilatına maliyə vəsaiti ayırılır? Və bu QHT-lərin hamısı beynəlxalq təşkilatların əlində "çomaq" rolunu oynayır. Bir mərkəzdən idarə olunurlar. Bəzilərinin də küllü miqdarda vəsaitin vergidən yayınmasına görə bu gün istintaqları gedir. Hansı Avropa ölkəsi bu qədər vəsaitin gizlədilməsinə göz yumar? Yeni qəbul edilmiş qanunda iki məqam var. Birincisi, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. İkincisi də bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilat, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. İndi sual çıxır ortaya: siz niyə və nədən narahatsız? Pulun hansı məqsədlə verildiyini göstərin, bütün cəmiyyət görsün. Məqsədiniz sağalamdırsa, nədən narahat olursunuz? Və yaxud da niyə YAP təmsilçisi və ya bitərəf QHT-lərə vəsait ayırmırsınız? Burdan da açıq şəkildə görünür ki, bu təşkilatların maraqları heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, öz siyasi məqsədlərini həyata keçirtməkdir. Hətta bəzi QHT sədrləri Batumu forumundan sonra bütün cəmiyyətə göstərdilər ki, erməniyə də dayı deyə bilirlər! Hətta o qədər həyasızlaşıblar ki, beynəlxalq forumda Azərbaycanın milli maraqlarını qoruyan və ermənilərə yaxın olan təşkilatları ifşa edən adamları da təhqir edirlər".

Tarix
2014.11.28 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla