Yuxarı

Bu məzar kimindir? İnanmayacaqsınız – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində şair Nizami Gəncəvinin qəbrinin ilkin variantının fotoları yayılıb.

Axar.az xəbər verir ki, fotonu yayımlayan "Qazaxlılar" səhifəsi fotoya belə şərh verib:

"Bu məzar kimindir? İnanmayacaqsınız - Nizami Gəncəvinin! Bunun yerini Salman Mümtaz, Mirabbas Mirbağırzadə və b. tapmışdılar. 1932-ci ildə Xalq Maarif Komissarlığının Baş Elm İdarəsi bu başdaşı və sinədaşını qoydurmuşdu. Nizaminin indiki məqbərəsi sonralar bunun üzərində ucaldıldı".

Oxuculara maraqlı olacağını düşünərək bəzi məqamlara aydınlıq gətirmək istədik.

Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilib. İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir. XII-XIII əsrlərdə Arran memarlıq məktəbində də monumental xatirə tikililərinin əsas tipini qülləvari türbələr təşkil edirdi. Arxeoloji qazıntılar zamanı Nizami Gəncəvinin qəbrinin üstündə Arran memarlığı üçün səciyyəvi olmuş çoxrəngli bayır üzlüyü olan sərdabəli qülləvari türbənin ucaldığı müəyyən olunub. Seyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət edib. Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib. Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.

1947-ci ildə şairin dağılmış qədim məzarı üstündə Nizami məqbərəsi – şairin anadan olmasının 750-ci ildönümünə həsr edilmiş abidə ucaldılıb. Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir.

Nizami Gəncəvinin hal-hazırda olan məqbərəsinin hündürlüyü 22,4 metrdir. Məqbərə qülləvari dairəvi formadadir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Yuxarısında gümbəzi vardır. Məqbərəyə pilləkənlə qalxmaq olur. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabəsi yerləşir. Məqbərənin yanında Göy-Gölün süni variantı da yaradılıb və Nizami Gəncəvinin əsərlərində olan maraqlı səhnələri əks etdirən heykəl parçalar da qoyulub.

Tarix
2014.11.28 / 08:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla