Yuxarı

Kəşfiyyatçı: “Hətta atam-anam da ölənəcən bilmədi kiməm” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində

Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı Babayev Qurban Həsənağa oğludur.

1945-ci il iyun ayının 1-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Bədən Tərbiyəsi İnstututunda təhsilini davam etdirib. İki dəfə boks üzrə Azərbaycan çempionudur. Sonradan təhsilini yarımçıq qoyur. Lifon Çanq adlı veytnamlıyla tanış olub, 1968-ci ildə Vyetnama gedərək orada iki il "aikicitsu" döyüş növünü öyrənir. Sonradan vətənə dönərək 1972-ci ildə ali təhsilini bitirir. Moskvada əlbəyaxa döyüş üzrə Avropa çempionatında iştirak edir, birincilik qazanır. Qara kəmər sahibidir. Ehtiyatda olan polkovnikdir. Aldığı 145 manat təqaüdlə dolanır.

- Cənab polkovnik, Qarabağ savaşı sizinçün haradan başladı?

- Məni hələ çox əvvəldən kəşfiyyata qəbul etdilər. Leytenant kimi 1974–cü ildə xidmətə başladım. Sonralar müxtəlif yerlərdə xidmət etdim. Nəhayət, 1989-cu ildə Əfqanıstana göndərildim. Oradan ölkəmizə hədiyyə kimi silah gətirməli idim. Çətin də olsa, bu tapşırığı yerinə yetirdim. 1990-cı ildə bir qrup döyüşçü ilə bizi Xankəndinə, o vaxtkı Stepanakertə göndərdilər. Tapşırıq verilmişdi ki, Azərbaycan bayrağını oraya sancmalısınız. Mən dörd nəfərlik kəşfiyyat qrupumla Azərbaycan bayrağını şəhərin ən yüksək yerinə sancdım. Ermənilər çox qəddarlıq edirdilər, bizim milləti öldürürdülər. O gecə gəlib bayrağımızı qopardaraq parça-parça elədilər. Səhəri gün qeyri-bərabər döyüşdə 35 ermənini məhv edərək bayrağımızı yenidən ən yüksək yerə sancdıq. Bundan sonra şəhəri Xankəndi kimi tanıtdıq. Onlar olduqca qorxaq və alçaq millətdir. Bu torpaqlar bizimdir. Ermənilər bir azərbaycanlı öldürəndə, əvəzində 10 erməni öldürürdük. Bilirsiz, biz o ərəfədə çox işlər gördük, bəzi şeylər sirr olduğu üçün açıqlaya bilmirəm.

Xocalıda olurduq. Amma bütün Qarabağ bölgəsinə yardım etməyə çalışırdıq, bu bizim işimiz, vətənimizə xidmətimiz idi. Belə də olmalı idi. Xocalıyla Xankəndinin arası iki kilometr idi. Onlar bizimkiləri asanlıqla vururdu. Belə olan halda mən də dəstəmlə düşməni məhv edirdim. Xocalının icra başçısı vardı, Elman Məmmədov, bizə çox yardım edirdi. İçərimizdə Andrey adlı bir ukraynalı vardı, ermənilərdən zəhləsi gedirdi, mən ona Ağ Türk deyirdim, yaxşı döyüşçü idi. Xocalıdan iki kilometr uzaqda Zori Balayanın doğulduğu Kətiğ kəndi vardı. O kənddən erməni snayperi Andreyi qolundan vurdu. Həmin kənd meşənin içində yerləşirdi. Zori Balayan da orada olurdu. Qərara gəldim ki, ora hücum plan hazırlayım.

Özümlə 200 ədəd çay stəkanı götürdüm, içərilərinə F-1 əl qumbaraları qoydum. Bu "limonka"ların iynəsini çıxarandan 6-7 saniyə sonra partlayır. Qumbaraları stəkana qoydum ki, onlar orada sıxılır, partlamır, yerə dəyəndə isə qırılır, partlayış baş verirdi. Plana uyğun olaraq helikopterlə həmən kəndin üstünə qalxaraq oradkı erməni terror dəstəsinin oldugu yerlərə, yəni kəndə atdıq. Kənd bəlkə də bir ay yandı. Ən azı 100 ermənini də məhv etdik.

Silva Kaputikyanı oğurladıq

Bir xatirə də danışım: Xankəndinin mərkəzində iki mərtəbəli binada "Sovetski Karabağ" qəzetinin redaksiyası yerləşirdi. Erməni yazıçısı Silva Kaputikyan orada gizlənirdi. Onu "Alfa" qrupunun 5 nəfərdən ibarət üzvü qoruyurdu. Ora girmək çox çətin idi. Bir gün səhər üç nəfərlə oraya girmək üçün əməliyyat hazırladıq. Onlar hər səhər idman etmək üçün həyətə düşürdülər. Fürsətdən istifadə edib içəriyə daxil olaraq onu oradan götürdük. Həmən dəstəni də məhv etdik. Kaputikyanı gətirdik gizli bir yerə, lazım olan məlumatları aldıq. Bu əməliyyatlarda rəhmətlik Əlif Hacıyev bizə çox kömək edib.

12 nəfəri öldürüb deputatı əsir götürdük

Bir xatirəni də danışmasam olmaz. Demək, Ermənilərin bir "Krunq" terror təşkilatı vardı, təşkilata Boris Vartanoviç Dadayan rəhbərlik edirdi. O, Xankəndində yaşayırdı, həm də deputat idi. Başının dəstəsilə bizimkilərə zülm edirdi, öldürürdü. Tapşırıq gəldi ki, onu aradan götürmək lazımdır. O bölgədə iki Kərkicahan adlı yaşayış məskəni vardı. Birində ermənilər, o birində bizimkilər olurdu. Həmin adam məktəbdə qalırdı. Ora vertolyotla gizli gəlirdi ki, bizimkilər onu görməsin. Bizim də bir rusu oraya qoymuşduq ki, oradakı vəziyyəti bizə çatdırsın. O bizim agentimiz idi. Bizə məlumat verdi ki, Dadayan burdadır, onu 12 nəfər qoruyur. Mühafizəçilər səhər idmana gedəndə bu otaqda tək qalır. Səhər saat altıda oraya gəlib, güdməyə başladıq. Mühafizəçilərı məşqə çıxan kimi hərəmiz əlimizə bir qumbara aldıq, atdıq mühafizəçilər olduğu yerə, hamısı öldü. Deputat qaçmaq istədikdə imkan vermədik. Onu götürüb gəldim. Mənə, "mən deputatam, toxunulmazam", - dedi. Buna dedim ki, sən orada deputatsan, burada isə heç kimsən. Mənim kim olduğumu soruşdu, dedim ki, sənin əzrayılınam. Və qoymaram ki, mənim millətimi incidəsən, öldürəsən. Nə isə, onu da öldürdük. Bundan sonra ara sakitləşdi, camaat rahat nəfəs aldı.

527 erməni öldürmüşdüm

Amma "Asala" teror təşkilatının o bölgə üzrə Janna adlı rəhbəri vardı. Demişdi ki, güya məni tutsa tikə-tikə edəcək. Mənə bir səhər məlumat gəldi ki, 53 nəfər aslaçı meşəlikdə bir restoran var, ora yığışacaq. Biz də iki "stinger" silahı götürüb deyilən yerə gəldik. Gözlədik, onlar dəmləşən kimi restoranı partlatdıq, bunlar da belə məhv oldu. O vaxtlar 527 erməni öldürmüşdük. Ağdam bazarında bir erməni qulağını 15 manata satırdım. Nə var əli-qolu baglı erməninin qulağını kəsməyə, mən üz-üzə tutduğum ermənilərin qulağını kəsirdim. Bir dəfə də tək başıma üç yekəpər erməninin başını suya soxub boğmuşam.

- Cənab polkovnik, siz orada olan vaxtlar evliydiz, övladlarınız vardı. Ailənizə, sizə çətin deyildi?

- Ən böyük ailə vətəndir. Torpaqdır, millətdir. Mən orda, döyüşdə olmalıydım və oldum da. Vətən, torpaq olmadıqdan sonra mənim üçün heç nə yoxdur. Əlbəttə, o vaxtlar aclıq idi, çətin idi. Amma nə edək, bu bizim işimiz idi. Öncə Azərbaycan, sonra oğlum, qızım, ailəm. O vaxt oğlumun, qızımın yaşı çatsaydı, ola bilsin onlar da döyüşərdilər. Rəhmətlik Əlif Hacıyevlə birlikdə çox xidmətimiz olub Qarabağda. Bizdə xanım kəşfiyyatçılar da vardı, işimiz belə idi ki, biz bir-birimizi tanımırıq. Elə xanımlar var ki, kişilərdən qeyrətli, ürəkli idilər. Bir dəfə biz 4 nəfərlə kəşfiyyata getdik, məlum oldu ki, ermənilər Şuşaya hücuma keçir. Atışma oldu, Füzuli adlı kəşfiyyatçımızı yaraladılar. Uşaqlara dedim ki, siz bunu aparın, mən burda tək qalıram. Təsəvvür edin, iki tank gəlir, mən də qalmışam tək. Xoşbəxtlikdən döyüş məzarlıqda idi. Bir boş qəbirə düşdüm, düz iki saat orda qaldım, elə bildilər ölmüşük. Atəşi kəsdilər. Axşam oradan çıxıb gəldim Xocalıya. Yaralanan kəşfiyyatçımız rəhmətə getdi.

Nəhayət, 1993-cü ildə Bakıya gəldim. Artıq Cəbhə hakimiyyətə gəlmişdi, İsgəndər Həmidov məni erməni hesab edib həbs etdirdi. 58–ci maddəylə bir il yatdım. Amma bizim işimiz elə işdir ki, heç anam, atam belə ölənə kimi mənim kim olduğumu bilmədi. Atam ölənə yaxın bir az nəsə hiss etmişdi. Soruşanda ki, haradasan, deyirdim, idmançıyam da, dünyanı gəzirəm, çempionatlara gedirəm. Bir tək yoldaşım bilirdi, o da lal kimi oturmuşdu evdə.

- Savaşdan sonra mülki həyatda nələr oldu?

- Ordudan sonra həbsə düşdüm. Çıxandan sonra idman müəllimliyi ilə məşğul oldum. Allah dolandırdı məni. Tək bildiyim odur ki, mən bu gün də əmr gözləyirəm ki, hamıdan qabaqda döyüşə gedim.

Tarix
2014.11.28 / 09:47
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla