Yuxarı

Araz Ağalarov analoqu olmayan körpü tikdirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Moskvada iki ərazini birləşdirən piyadalar üçün böyük körpünün açılışı baş tutub.

Axşam.az-ın xəbərinə görə, körpünün layihəsini Moskvanın qubernatoru Andrey Vorobyovun sifarişi ilə Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov hazırlayıb.

Körpü "Krasnoqorska" mikrorayonu ilə "Crocus City" olan ərazini birləşdirir.

A.Ağalarov körpünü rəhbərlik etdiyi "Crocus Group"un maddi hesabı ilə tikdirdiyini bildirib:

"İnsanlar bu körpü vasitəsilə 5-10 dəqiqəyə metroya çata biləcəklər. Bizim üçün bu layihə bir məsuliyyət idi. Bu körpünün dünyada analoqu yoxdur. Piyadalar üçün bu qədər böyük bir körpü hələ heç yerdə tikilməyib".
İş adamı, eyni zamanda yaxın günlərdə yeni bir ticarət mərkəzi açacaqlarını da vurğulayıb.

Uzunluğu 430 metr olan körpünün hündürlüyü 14,5 metrdir. A.Ağalarov onun tikintisi üçün 17 milyon manatdan çox pul xərcləyib.

Tarix
2014.11.28 / 13:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla