Yuxarı

Amerika qəzeti vurulan erməni helikopterindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "Gainsvill San" ("The Gainsville Sun") qəzeti ABŞ-ın Azərbaycan icmasının fəal üzvü Dürdanə Balakişiyevanın "ABŞ Sovet İttifaqından olan keçmiş müttəfiqlərinə kömək etməlidir" sərlövhəli müraciətini dərc edib.

AzərTac xəbər verir ki, məqalədə bu il noyabrın 12-də Azərbaycanın hava məkanında Azərbaycan tərəfinin Ermənistanın hərbi helikopterini vurmasından bəhs olunur.

Məktubun müəllifi yazır: "Nə Ağ Ev, nə də ki, ABŞ-ın Dövlət Depatamenti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və Azərbaycanın hava məkanı sərhədlərinin pozulması faktını hələ də pisləməyib. Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və ABŞ tərəfindən də bəyənilmiş dörd qətnaməyə - Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmağa və Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrə məhəl qoymur".

Daha sonra məqalədə deyilir: "Azərbaycan işğal olunmuş ərazilər üzərindəki bütün hava məkanını hələ 1992-ci ildə hava hücumundan müdafiə zonası elan edib və bu qaydalar barədə Ermənistanı, beynəlxalq mülki aviasiya təşkilatını bir daha xəbərdar edib".

Sonda müəllif ABŞ hökumətini regionda öz müttəfiqlərinə kömək göstərməyə və onların beynəlxalq səviyyədə tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına qarşı çıxmağa çağırır.

Xatırladırıq ki, müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin yazılı kampaniyası nəticəsində dərc olunub.

Tarix
2014.11.29 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla