Yuxarı

"Roqozin qaz kəmərlərimizə hərbi müdaxilədən danışırdı..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya hələ də özünün imperiya ədalarını nümayiş etdirir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Rusiyanın Azərbaycana qaz kəmərinin dənizin altından keçməsinə irad tutmaq haqqının olmadığını bildirib:

"Rusiyanın bununla bağlı beynəlxalq hüquqa söykənəcək heç bir dəlili yoxdur. Çünki o, Baltik və Qara dənizinin dibindən də qaz kəməri çəkib. Dünyada dənizin dibindən qaz kəməri çəkmək ənənəsini birinci Rusiya qoyub. Rusiya Azərbaycanla Türkmənistanın ərazi sularının daxilindən Transxəzər qaz kəməri layihəsinin çəkilməsinə heç cürə mane ola bilməz. O zaman Qara dənizin dibindən çəkilən və Avropa bazarına çıxarılan qaz da bizim maraqlarımıza cavab vermir. Ümumiyyətlə, Rusiyanın etdiyi hərəkət və layihələrinin çoxu Azərbaycanın maraqlarına cavab vermir. Bakı buna etiraz etmir. Çünki bütün dünya yarış meydanına çevrilib. Buna görə də Lavrovun dediyi sözlərin heç bir hüquqi əsası yoxdur və sadəcə, bu fikrə düşən dövlətlərə psixoloji təsir mahiyyəti daşıyır. Roqozinin özü deyirdi ki, Tranxəzər qaz kəməri çəkilməyə başlasa, biz öz silahlı qüvvələrimizlə bu işə müdaxilə edəcəyik. Bu layihə Qərbin maraqlarına uyğundur. Buna qarşı hər hansı müdaxilə Qərb tərəfindən dəf ediləcək. Rusiya anlamalıdır ki, artıq Qərblə mübarizdə uduzub və uduzan da həmişə danışığına diqqət etməlidir".

Tarix
2014.11.29 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla