Yuxarı

Məşhur klinika bağlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda özəl klinikalardan birinin - "Atlas Medical Center" MMC-nin fəaliyyəti dayandırılıb.

Klinikanin fəaliyyətinin dayandırılması onun fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub.

Səhiyyə Nazirliyindən adıçəkilən klinikanın bağlanması faktını təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, Səhiyyə Nazirliyinə "Atlas Medical Center" MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində "Atlas Medical Center" MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib.

A.Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən "Atlas Medical Center" MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

Tarix
2014.12.02 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla