Yuxarı

ABŞ və Qəzzafinin şok işbirliyi : Sualtı piramidalar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin ki, tarixlə az-çox maraqlananlar Atlantida haqqında eşidiblər. Atlantida qədimdə mövcud olmuş, sonra təbii fəlakət nəticəsində batmış, yoxa çıxmış sivilizasiyadır. Bu qədim sivilizasiya haqqında filmlər çəkilib, araşdırmalar aparılıb, kitablar yazılıb. Günü bu gün də dünya alimləri bu barədə çalışmalarını davam etdirirlər. Amma hələ də heç bir tarixçi Atlantidanın harada yerləşdiyini bilmir. Ümumiyyətlə, alimlər belə bir mədəniyyətin mövcud olub-olmadığını dəqiqləşdirməkdə də çətinlik çəkirlər. Bu səbəbdən, qədim sivilizasiyanın izləri bütün dünyada axtarılıb. Məsələn, Şimali Afrika ərazisində arxeoloqlar Atlantida sivilizasiyası zəncirində çatışmayan halqanı tapıblar. Amma bu hadisə təsadüfən olub. Düzdür, hərçənd, həyatda təsadüf deyə bir şey yoxdur, amma alimlər bu tapıntını sırf təsadüf sayırlar...

Qəzzafi rejiminə qarşı hazırlanan əməliyyat zamanı NATO qoşunları əvvəlcə peykdən Liviya ərazisinin çəkilişlərini apardılar. Pilotsuz uçuş rejiminə keçid zamanı isə aerofotoçəkilişlər apardılar. Əldə edilən fotolar mərkəzi qərargaha ötürüldü. Hərbi analitiklər fotoları incələyərkən, Böyük Səhranın mərkəzində yerləşən bəzi qəribə obyektlər onların diqqətini cəlb etdi.

Hipotezlərdən birinə əsasən, NATO kəşfiyyatçılarını səhrada tikilən suvarma sistemi maraqlandırırdı. Bu suvarma kanalını Qəzzafi "dünyanın səkkizinci möcüzəsi" adlandırırdı. Sistemin tikintisi 1983-cü ildə başlamış və 2010-cu ilə qədər davam etmişdi. 2 min kilometr uzunluğu olan su kanalının tikintisinə 30 milyard dollar pul xərclənmişdi. Bu suvarma kanalının mərkəzi elementi rolunu yerin altında yerləşən 4 böyük ölçülü çən oynayırdı. Mütəxəssislərin fikrincə, bu yeraltı su hovuzları qədim sivilizasiyanın mirasıdır. Bu sivilizasiya eramızdan əvvəl XI əsrdən eramızın V əsrinədək Afrikada mövcud olub.

Qəzzafi rejimi devrildikdən sonra britaniyalı arxeoloqlar Böyük Səhranın qumları arasında qədim yaşayış məskəni aşkarladıqlarını bəyan etdilər. Bu tikililər evdən çox qəsrə oxşayırdı. Alimlərin fikrincə, bu binalar yeni eranın ilk əsrlərində inşa edilib. Bu həcmdə tikintilər qətiyyən tarixin o dövründə Şimali Afrikada yaşayan köçəri tayfalara məxsus deyildi. Bundan başqa, açıq-aşkar görünürdü ki, bu qədim qalalar xırda detalına qədər layihələndirilərək tikilib. Bu isə yüksək səviyyədə inkişaf etmiş sivilizasiyadan xəbər verir. Adi köçəri tayfalarda isə belə bir inkişafın olması qətiyyən mümkün deyil.

Arxeoloqlardan biri, doktor Martin Sterrinin bildirdiyinə görə, alimlər qədim sirli ölkə sayılan Qaramantidanın izlərini tapıblar. Amma bu günə qədər də qədim zamanlarda dünyada yaşayan qaramantilərin həyat tərzi, mədəniyyəti haqqında heç bir məlumat yoxdur. Amma alimlərin qaramantilərin atlantların törəməsi olduğu barədə fikirləri var və onlar bu iddianın dəqiq olduğunu bildirirlər.

Ən qəribəsi odur ki, bu qədim xalqın dəqiq adını heç kəs bilmir. Deyəsən, onları ilk dəfə yunanlar Qaramanti adlandırıblar. Sonradan romalılar da bu addan istifadə ediblər.

Elm dünyasında qəbul edilmiş bir hipotezə görə, qaramantilər Aralıq dənizinin ağ irqinə məxsusdurlar. Onlar ya egeyli, ya etrusk, ya da sardlar olub.

Bu nəzəriyyəni sübut edən faktlardan biri də qayaüstü rəsmlərdir. Bu rəsmlərdə cəng arabaları təsvir edilib. Bu isə miken incəsənəti üçün xarakterik sayılır. Eyni zamanda qeyd etmək lazımdır ki, çəkilmiş arabaların konstruksiyası egeylilərin istifadə etdiyi arabalarla eynidir. Başqa bir versiyaya görə isə, qaramantilər Səhranın qərb hissəsində yaşayan temexu qəbiləsidir.

Bununla belə, qeyd etmək lazımdır ki, bu hipotezlər və digər faktlar qaramantilərin eramızdan əvvəl və eramızın ilk illərində o dövr üçün xarakterik sayılmayan sivilizasiyaya necə çatdıqlarını izah edə bilmir. Qaramantilər necə inkişaf ediblər? Bu inkişaf səviyyəsini haradan əldə ediblər?

Kimdən öyrəniblər? Suallar çoxdur.

Qədim xalq haqqında məlumatı alimlər qədim yunan və qədim Roma tarixçilərinin əsərlərindən əldə ediblər. Bu məlumatlara görə, Qaramantidanın ərazisi eramızın 150-ci ilində təxminən 180 min kvadrat kilometr olub.

Arxeoloqların fikrincə, Qaramantida dövləti sakinlərinin əsas məşğuliyyəti bağçılıq (oazislərdə) və əkinçilik olub. Onlar xurma, buğda, üzüm və zeytun yetişdirirdilər. Səhrada bu işləri görmək asan məsələ deyildi. Bu səbəbdən, qaramantilər güclü suvarma sistemi qurdular. Amma bu sistemi qurmaq millimetrinə qədər işlənmiş çox dəqiq mühəndis hesablamaları tələb edirdi. Bu tikinti üçün nə qədər zaman və güc lazım olduğunu, qədim xalqın tikinti zamanı hansı biliklərdən istifadə etdiyini söyləmək çox çətindir. Amma hər bir tunelin uzunluğu bir neçə kilometrdir. Nəzərə almaq lazımdır ki, tunellərin sayı 200-dən çox olub. Kanal vasitəsilə əldə edilən suyun köməyi ilə qaramantilər Səhra ticarətinin mərkəzi hissəsinə çevildilər. Minlərlə kilometr məsafə qət edən karvanlar Yunan arxipelaqı adalarından, Aralıq Dənizi sahillərində yerləşən dövlətlərdən Səhraya parça, çaxır, bitki yağları, silah, metaldan hazırlanmış əşyalar, gümüş, qiymətli ağac materialları, ekzotik heyvanlar və hətta qul gətirirdi. Hər bir karvan vergi ödəyirdi. Alimlərin fikrincə, Qaramantida bu vergilərin hesabına o qədər gəlir əldə edirdi ki, bu pulu bəzi müasir Afrika dövlətlərinin büdcəsi ilə müqayisə etmək olar. Alimlər eyni zamanda Afrika əhalisinin məhz qaramantilər vasitəsilə texniki nailiyyətlər və sivil dünyanın bilikləri ilə tanış olduqlarından əmindirlər.

Amma bir müddət sonra ölkə tənəzzülə uğradı. Onun süqutu üzücü və uzunmüddətli oldu. Romalılar ölkəni işğal etdilər. Bundan sonra Qaramantidanın ərazisinə donatist dini hərəkatının (rəsmi xristianlığın əleyhinə hərəkat) üzvləri soxuldular. Eramızın V əsrində Qaramantida yenidən müstəqillik əldə etdi. Amma bu müstəqillik qısa sürdü. Çünki bir müddət sonra ölkəyə soxulan ərəblər dövləti tamamilə dağıdıb talan etdilər. Qaramantidanın əhalisi digər xalqlara qarışaraq əridi. Ölkə haqqında xatirələr isə zaman keçdikcə insanların yaddaşından silindi.

Bir çox alimlər qaramantilərin qədim atlantların nəslindən olduğunu iddia edir. Amma isveçrəli arxeoloq Sanqter Atlantidanın Troya olduğunu sübut edən bəzi faktlar tapıb. Söyləmək lazımdır ki, Troya və Atlantidanın tarixində bəzi faktlar oxşardır. Belə ki, hər iki dövlətin dəniz donanması eyni sayda – 1200 gəmidən ibarət olub. Hər iki ölkənin ərazisində şimal küləkləri əsirdi. Təbii ki, bu tip faktlar fonunda isveçrəli alimin iddiasını ciddi qəbul etmək çətindir. Bununla belə, Sanqterin iddiasını başqa alimlər və tarixçilər də təsdiq etdilər. Onların fikrincə, atlantların Afinaya yürüşü, dəniz xalqlarının Miken, Levant və Kritə yürüşü ilə eyni hadisədir.

Homer tərəfindən yazılmış mənbələrdə bəşəriyyətin tunc dövründə əldə etdiyi uğurlar, möhtəşəm abidə və tikililərdən bəhs edilir. Platonun əsərlərində də antik şəhərlərin dəniz xalqları tərəfindən işğalına qədər yüksək templə inkişaf etdiyi və çiçəkləndiyi qeyd edilib. Beləcə, ola bilsin ki, Troya elə güc vasitəsilə nüfuzunu qonşu ölkələrə yaymaq istəyən Atlantida olub. Amma qədim Atlantida sivilizasiyasının məhv tarixinin eramızdan əvvəl 10-12 min il əvvələ təsadüf etməsi alimlərin bu fikrinin üstündən qalın bir xətt çəkir.

Buna görə də Troya və Atlantida eyniləşdirilməsi baş tutmur. Çünki bu hipotezi rədd edən, yalanlayan bir çox faktlar var. Bu tarixi faktlara istənilən tarix kitabında rast gəlmək mümkündür.

Atlantidanın harada yerləşməsi ilə bağlı başqa bir teoriya da mövcuddur. Paulina Zalitski və Poy Veynsverq adlı iki alim sualtı-robotların köməyi ilə Kuba sahillərində tədqiqat aparıblar. Tədqiqat nəticəsində onlar qədim şəhərin bir hissəsini tapıblar. Onların iddiasına görə, Bermud üçbucağının dərinliklərində böyük bir şəhər yerləşir. Bu şəhər okean səviyyəsindən 600 fut dərinlikdədir. Alimlər Atlantidanı tapdıqlarından əmindirlər və onun yaşının 10 min ildən çox olduğunu iddia edirlər. Batmış şəhərin mərkəzində onlar bir neçə sfinks heykəli, 4 böyük piramida və təyinat məqsədi naməlum olan başqa bir neçə tikili, çoxsaylı heykəllər aşkar ediblər. Qeyd etmək lazımdır ki, bu qədim şəhər bir neçə onillik əvvəlcədən tapılıb. Amma alimlər Kubada raket böhranı olduğu üçün tədqiqata start verə bilmirdilər.

Alimlərin sözlərinə görə, sualtı piramidaların yaranması bu rayonda böyük meqapolisin mövcud olmasından xəbər verir. Bu meqapolis dəhşətli zəlzələdən sonra dağılıb və dənizdə suyun səviyyəsi qalxdığı üçün məhv olub. Bu iddia Atlantidanın mövcudluğu və məhvi ilə bağlı dolaşan əfsanə ilə üst-üstə düşür. Bu hipotezi sübut etmək, yəni Kubanın inkişaf etmiş bir mədəniyyətin parçası olduğunu təsdiqləmək üçün alimlər, Kuba ərazisində tapılan piramidaların üzərinə oyulmuş, qədim ornamentlərə çox bənzəyən piktoqram və simvolları misal gətirirlər. Bundan başqa, alimlər piramidaların formaca Misir ehramlarını xatırlatdığını sübut ediblər. Bu piramidalar da iri daşlardan tikilib. Amma sualtı piramidalar ölçülərinə görə Giza piramidaları və Xeops ehramından dəfələrlə böyükdür.

Tarixçilər yüksək templə inkişaf etmiş sivilizasiyanın məhvinə səbəb olan faciənin Buzlaşma dövrünün sonlarında baş verdiyindən əmindirlər. Bu dövrdə dəniz səviyyəsi indiki səviyyəsindən təxminən 400 fut aşağı olub. Alimlərin fərziyyəsinə görə, atlantların istifadə etdiyi texnologiya müasir texnologiyadan qat-qat üstün idi.

Atlantida adlı qədim sivilizasiyanın taleyi haqqında min ildən çoxdur ki, mübahisələr gedir. Hər il bu qədim mədəniyyətin harada ola biləcəyi haqqında yeni iddialar, hipotezlər ortaya atılır. Hər dəfə də müxtəlif ərazilərin, qitələrin adı çəkilir. Bununla belə, bütün alimlərin ortaq fikrincə, yeni məlumatlar qədim Atlantidanın tarixinə yenidən nəzər salmağa məcbur edir. Ola bilər ki, bu yeni iddialar bəşəriyyətin tarixini dəyişə bilər. Bu qədər inkişaf etmiş və çox yüksək səviyyəli texnologiyaya sahib bir sivilizasiyanın məhvdən qurtula bilmədiyini düşünmək, tapmaq alimlərin ən böyük arzusudur.

Başqa bir iddiaya görə, Atlantidanın izləri Baham adalarının birində, müəmmalı Bimini yolunda tapılıb. 1968-ci ildə amerikalılar, daha sonra isə bütün dünya qəribə sualtı yol haqqında məlumat əldə etdi. Bimini adasının üstü ilə uçan amerikalı pilot şəffaf suda qəribə tikili gördü. Evə qayıtdıqdan sonra o, bu barədə jurnalistlərə məlumat verdi.

Burada, 3-9 metr dərinlikdə iki nəhənf plitələrdən hazırlanmış paralel cığır vardı. Eni 90, uzunluğu 500 metr olan yol müxtəlif ölçü və formalı tikililərlə əhatə edilmişdi. Onlardan bəzisi plitələrdən tikilmiş meydança, bəziləri isə dam örtüyü olan binalar idi. Maraqlısı odur ki, Baham adaları sakinləri bu sualtı yol barədə çoxdan məlumatlıdırlar və onların fikrinə görə, burada Tanrı insanlara xeyir-dua verir. Mətbuatda yaranmış səs-küydən sonra Atlantidanın izlərini görmək üçün yüzlərlə tədqiqatçı və avantürist Bimini adasına yollandı.

Akvalanqistlər tərəfindən yoldan başqa daş sərdabələr, nəhəng meydançalar, məbədlər tapıldıqdan sonra bəzi materialları tədqiq etmək üçün su altından çıxarmaq barədə qərar qəbul edildi. Tədqiqatın nəticələri cəmiyyəti şoka saldı: plitələrin yaşı 14 min ilə yaxın idi. Bu isə Platonun Atlantida ilə bağlı iddiası ilə üst-üstə düşürdü. Amma kəşflər bununla da bitmədi: plitələrin tərkibi onların əvvəlcə quruda yaradıldığını, sonradan su altında qaldığını göstərirdi. Bu yenilikdən sevinən tədqiqatçılar plitələri bir-birinin ardınca sudan çıxarmağa başladılar. Sualtı binalardan birinin analizi zamanı alimləri yeni bir sürpriz şoka saldı: plitənin yaşı digərlərinə nisbətən iki dəfə çox idi! Bu zaman başqa bir teoriya ortaya çıxdı. Yeni hipotezə əsasən Atlantida sakinləri bu tikintini sifariş ediblər. Bütün işi isə yadplanetli sivilizasiyanın nümayəndələri həyata keçiriblər.

Baham adalarındakı tapılan qədim mədəniyyətin izləri ilə əlaqədar olaraq iki əsas teoriya irəli sürüldü. Birinci teoriyaya görə, yol və tikililər okeanda olan cərəyanlar (su axınları) və ya sualtı vulkan püskürməsi nəticəsində təbii yolla əmələ gəliblər. İkinci teoriyaya əsasən, bu plitələr ballastdır (gəminin, aerostatın və sairənin tarazlığını saxlamaq üçün götürülən yük və ya başqa ağırlıq) və gəmilər tərəfindən səyahət zamanı buraya atılıb. Həqiqətən də, qədim dövrlərdə ballast əvəzinə məhz daş qəliblərdən istifadə edirdilər. Amma bu əraziyə necə ola bilərdi ki, yüzlərlə gəminin ballast boşaltsın? Bu suala heç kəs cavab verə bilmir. Yəqin ki, yaxın illərdə Atlantidanın yeni izləri tapılacaq. Ümid edirik ki, yaxın illərdə tarixçilər və arxeoloqlar Atlantidanın sirrini, nəhayət ki, tapacaqlar...

Publika.az

Tarix
2014.12.09 / 15:00
Müəllif
Hikmət Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla